Ekspert yol polisindən danışdı - İslahatlar nəticə verməyə başlayıb

"Son günlər paytaxt Bakıda tıxaclar kəskin şəkildə azalıb. Əvvəllər xüsusilə günün pik vaxtlarında saatlarla tıxacda qalırdıq. Hazırda isə şəhərin giriş-çıxışları istisna olmaqla belə hallar yoxdur, olsa da hərəkət tam dayanmır. Düşünürəm ki, yol polisinin fəaliyyəti nəticəsində bu bəladan tamamilə xilas olacağıq”. Bu sözləri Avtosfer.az-a sığorta eksperti, deputatlığa namizəd Xəyal Məmmədxanlı deyib. Onun sözlərinə görə, DYP sistemində aparılan son islahatlar artıq nəticəsini verməyə başlayıb. "Cənab nazir Vilayət Eyvazov yol polisində dəyişikliklər edəndən sonra müsbət tendensiyalar müşahidə olunur. İnspektorların daha çox sıxlıq olan küçə və prospektlərdə xidmət aparması təqdirəlayiq haldır. Nəqliyyat axınının tənzimlənməsi vacib şərtdir. Odur ki, yol polisinin nizamlayıcı olaraq fəaliyyət göstərməsi həm sürücülər, həm də piyadaların hərəkəti üçün önəmlidir. Bəzən nizamlanmayan piyada keçidlərində piyadalar yolu bir-bir keçir. Bu isə tıxaca səbəb olur. Amma yol polisləri keçidlərdə xidmət aparır və bu tənzimlənmə həm piyadaların yolu təhlükəsiz keçməsi, həm də hərəkət axınının bərpa olmasına səbəb olur".
Ekspert xüsusilə "20 Yanvar", 3-cü mikrorayon dairəsi, "Şamaxinka", "Babək prospektinin sonu" kimi tanınan ərazilərdə yol polislərinin fəaliyyəti nəticəsində tıxacın azaldığını vurğulayıb. "Şəhərin obrazlı desək, ən yararlı yerləri hesab olunan nöqtələrdə hərəkətin təhlükəsizliyi və intensivliyi var. Təbii ki, burada yolun hərəkət hissəsinin taksi və avtomobillər tərəfindən tutulması xüsusilə rol oynayırdı. Yol polisinin dayanma-durma üçün cərimə yazmaq səlahiyyəti olmasa da, hərəkət axınının tənzimlənməsi əsas vəzifəsidir. Odur ki, yolun hərəkət hissəsində park edilmənin qarşısının alınması da tıxacların yaranmasını azaldır. Eyni zamanda avtobus dayanacağının digər sürücülər tərəfindən zəbt edilməsi də böyük problem idi. Hazırda bunun da qarşısı yol polisləri tərəfindən alınır. Nəticədə avtobuslar dayanacağa rahat girir, ikinci sırada dayanmır, bu da tıxacın qarşısını alır."
Xəyal Məmmədxanlı yol polisi rəhbərliyinə təşəkkür də edib. "Yeni rəhbərliyə bu addımlara görə təşəkkür edirəm. Düşünürəm ki, bu proses davamlı olacaq və nəticədə insanlarda bu kimi qayda pozuntularını etməmək mədəniyyəti formalaşacaq. Eyni zamanda cərimədən çox maarifləndirmə aparılması da təqdirəlayiq haldır”.
Ekspert deyib ki, tıxacın, sıxlığın azalması istər-istəməz yol qəzalarının da sayının azalmasına gətirib çıxarır. "Bu da o deməkdir ki, sığorta hadisələri azalır və dövləti iqtisadi ziyan dəymir. Ümid edirəm ki, yaxın gələcəkdə yol qəzalarının sayını kəskin şəkildə azaltmaqla sığorta hadisələrini minimuma endirmiş olacağıq”.
Xəyal Məmmədxanlı həm də əlavə edib ki, seçki platformasındakı ən əsas məsələlərdən biri də elə yol hərəkətinin təhlükəsizliyidir.
Orxan
Vilayət Eyvazov Qəbələdə vətəndəş qəbulu və sıra baxışı keçirəcək - FOTO
DYP-dən sükan arxasında telefonla oynayan sürücülərə XƏBƏRDARLIQ – VİDEO
Yollar buz bağlayacaq - DYP-dən hava xəbərdarlığı
Salyanda “avtoş”luq edən sürücü HƏBS OLUNDU + VƏSİQƏSİ ALINDI - FOTO
Keçən il yol nəqliyyat hadisələrinin sayı azalıb – Nazirdən AÇIQLAMA
Vilayət Eyvazov kollegiya iclasında polisə ciddi tapşırıqlar verdi - "Çevik reaksiya verin" - FOTO
Abşeronda əyləci çəkib “şou” göstərən sürücü cərimələndi + vəsiqəsiz qaldı - VİDEO
Polis gücləndirilmiş rejimdə xidmətini davam etdirir - VİDEO
Bakıya qar yağır, bu yollarda hərəkət çətinləşdi - Yol polisi tədbirlər görür - FOTO - VİDEO
Əlverişsiz hava və yol şəraiti ilə bağlı DYP-dən ÇAĞIRIŞ
20 Yanvarla bağlı bu küçələrdə hərəkət məhdudlaşdırılacaq - DYP












