Gəncədə şəhərə giriş-çıxış postlarında xidmət davam etdirilir - FOTO

Gəncədə şəhərə giriş-çıxış postlarında xidmət davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb. Bununla bağlı olaraq Gəncə şəhərinə gələn digər şəhər və rayonlardan vətəndaşlara məhdudiyyətlər yaranıb. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı Qaydasına əsasən Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlar ilə gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb. Onlara xüsusi karantin rejiminin tələbləri barədə məlumat verilərək, zəruriyyət olmadan evdən çıxmamaq tövsiyyə olunub. Şəhər ərazisini tərk etmək istəyən şəhər sakinlərə də qeyd edilən istisnalar olmadıqda şəhərdən çıxışa icazə verilməyib. Qeyd edək ki, məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2000-dən çox vətəndaşın şəhərə giriş-çıxışına icazə verilməyib. Əlavə olaraq qeyd edilməlidir ki, Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələbləri ilə bağlı gücləndirilmiş iş rejimində çalışaraq, iaşə müəssisələrinin müştərilərə yerində xidmət göstərməməsi, yaşı 65-dən yuxarı olan şəxslərin evdən çıxmaması və digər zəruri tələblərin icrasına bundan sonra da nəzarət edəcəkdir.
Gültən
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO













