İki həftədə 12 avtoxuliqan həbs edildi - DYP hərəkətə keçdi - DƏHŞƏTLİ VİDEO

Son vaxtlar gənclər və yeniyetmələr arasında avtoxuliqanlıq edənlərin sayı artıb. Bakıda, Gəncədə və respublikanın digər bölgələrində onlarla fakt aşkarlanıb. Bunu nəzərə alaraq DİN Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə, valideynlərə avtoxuliqanlıqla bağlı müraciət ünvanlayıb. Avtosfer.az-ın məlumatına görə, müraciətdə bildirilir ki, son günlərdə Azərbaycanda avtoxuliqanlıq edən gənclərə və yeniyetmələrə tez-tez rast gəlinir. Həmin gənclər valideynlərinə məxsus və ya icarəyə götürülən avtomobillərlə yollarda ictimai asayişı pozaraq digər hərəkət istirakçılarına təhlükə yaradır, bu azmış kimi qanunazidd hərəkətlərini videoya çəkib sosial şəbəkələrdə yayırlar.
Yol polisi həmin gənclərin və yeniyetmələrin valideynlərini övladlarına qarşı diqqətli olmağa, mümkün qədər onların sosial şəbəkə hesablarını nəzarətdə saxlamağa çağırır. Bundan əlavə, DYP bildirir ki, valideynlər şəxsi avtomobillərini sürücülük hüququ olmayan övladlarına etibar etməklə təkcə yol hərəkəti qaydalarını pozmurlar, onlar övladları ilə yanaşı digər şəxslərin də həyatı üçün real təhlükə yaratmış olurlar: "Yəqin ki, son günlər televiziya ekranlarında yayımlanmış yeniyetmələrin törətdikləri qəza görüntülərini hamı izləyib.
Gənclərimiz və onların valideynləri də bilməlidirlər ki, yol polisi nəinki yollara, eləcə də sosial şəbəkələrə nəzarət edir. Sosial şəbəkələrdə aşkar olunan bu cür faktlar dərhal DİN rəhbərliyi tərəfindən nəzarətə götürülür və avtoxuliqanlıq hərəkətlərinə yol verən sürücülərin şəxsiyyəti müəyyənləşdirilərək qanunvericilik çərçivəsində barələrində müvafiq tədbirlər görülür.
Son 2 həftədə respublika üzrə 12 avtoxuliqan məhkəmə qərarı ilə inzibatı həbs cəzasına məhkum olunub. Onların arasında sürücülük hüququ olmayan yeniyetmələr də var. Həmin şəxslərin valideynlərinə xəbərdarlıq olunub.
Yol polisi digər valideynlərin də bu məsələdə diqqətli olmalarını tövsiyə edir. Bu cür hərəkətlər cəmiyyətdə xoş qarşılanmır, ətrafdakıların həyatı təhlükəyə məruz qalır və ağır yol nəqliyyat hadisələri nəticəsində sizin övladlarınız da ağır xəsarət ala və ya dünyasını dəyişə bilər. Ona görə ağır fəsadlar baş vermədən valideynlər vaxtında övladlarının bu cür hərəkətlərinin qarşısını almalıdırlar. Əks halda yol polisi onlara qarşı daha ciddi tədbirlər görəcək.
Elmin
Yol polisi nömrəsini itirən sürücüyə belə kömək etdi – TAPILDI - FOTO
Zəngilanda "Son zəng" - Polis təhlükəsizliyi belə təmin etdi - FOTO - VİDEO
DYP-dən sürücülərə çağırış: Həftəsonu yollarda diqqətli olun
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO










