İşıq sönən kimi yol polisi dərhal xidməti gücləndirdi - DYP-dən açıqlama

Paytaxtın bəzi rayonlarında işıqforların fəaliyyəti dayandıqdan sonra yol polisi dərhal həmin ərazilərə cəlb olunub. Bunu Avtosfer.az-a açıqlamasında Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov deyib. O bildirib ki, Bakıda işıqların sönməsi yol hərəkəti təhlükəsizliyinin təmin edilməsində ciddi problem yaratmayıb:
“Məndə olan məlumata görə, paytaxt ərazisində elektrik enerjisində yaranan müvəqqəti fasilə səbəbindən işıqforların fəaliyyətində də problem yaranıb. Lakin bu, nəqliyyatın hərəkətinə ciddi təsir göstərməyib. İşıqforlarla nizamlanan yolayrıclarında sürücülər və piyadalar özlərini çaşdırmasınlar. Onlar həmin yolayrıclarında qoyulan müvafiq yol hərəkəti nişanlarının tələblərinə uyğun şəkildə hərəkət etməlidirlər.
İşıqforlarla bağlı problem yalnız bir neçə rayon ərazisində müşahidə edilib".
Vaqif Əsədov eləcə də bildirib ki, bu gün Bakı şəhərində işığın sönməsi ilə bağlı svetoforların işləmədiyi ərazidə DYP tərəfindən dərhal təxirəsalınmaz tədbirlər həyata keçirilib: "Yol polisi nizamlayıcı qismində olub və avtomobillərin hərəkəti növbəli təmin edilib. Heç bir xoşagəlməz hal yaşanmayıb. Eləcə də metro stansiyalarının ətrafında piyadaların təhlükəsizliyi təmin edilib və onların daşınması üçün bütün mümkün variantlar həyata keçirilib. Heç bir qəza baş verməyib".
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












