Kamran Əliyev: “Axı biz hələ iki gün öncə məlumat vermişdik ki...”

"Bu saatlara qədər rayonlardan Bakıya gələn 500-ə yaxın avtomobil postlardan geri qaytarılıb”.
Avtosfer.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, 100-dən yuxarı avtomobilin isə istiqaməti dəyişdirilib:
"Geri qaytarılan avtomobil sürücülərinin əsas arqumentləri hava şəraiti ilə əlaqədardır. Deyirdilər ki, "hava şəraiti pisdir, yollar pis gündədir”. Martın 18-də hava bir az yağmurlu idi. Amma yolda heç bir problem yoxdur. Axı biz hələ iki gün öncə məlumat vermişdik ki, martın 18-dən günorta saatlarından sonra çalışın yola çıxmayın. Çünki ləngiyə bilərsiniz, təyin olunan vaxta çata bilməyəcəksiniz. Odur ki, vaxtında yola çıxmayanlar postlardan geri qaytarılır”.
Kamran Əlyev bildirib ki, yük avtomobillərinin Bakıya girişində heç bir məhdudiyyət yoxdur.
Gültən Qədirli
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO











