Kamran Əliyev yük maşınlarının sürücülərinə xəbərdarlıq etdi

“Yük avtomobillərinin sürücüləri bu istisnadan istifadə edib özləri ilə başqa bir sərnişin aparmasınlar. Həmin şəxsin yükə aidiyyatı olmadığı təqdirdə karantin rejiminin pozulması halı kimi qiymətləndirilib inzibati məsuliyyətə cəlb olunacaq”.
Avtosfer.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu sözləri Baş Dövlət Yol Polisi İdarəsinin Mətbuat katibi Kamran Əliyev İTV-nin efirində deyib. O bildirib ki, martın 29-dan etibarən bütün şəhərlər və rayonlar arası nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılıb:
“Yəni, bu günə kimi yalnız sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların hərəkətinə qadağa qoyulmuşdu, ancaq artıq istər şəxsi, istər hansısa müəssisəyə məxsus avtomobillərin rayon və şəhərlərarası hərəkəti tam dayandırılıb. Artıq rayonlararası yollarda da postlar yaradılıb. İstisna təşkil edən nəqliyyat vasitələri təcili tibbi yardım, qəza xilasetmə, kənd təsərrüfatı məhsullarını daşıyan, eləcədə yük avtomobilləridir. Yük avtomobilləri dolu, boş, apardığı məhsuldan asılı olmayaraq hərəkət edə bilər. Nəqliyyat vasitəsində isə yalnız həmin yüklərə məsul olan şəxslər daşına bilər”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












