“Karantin rejimində avtomobil qəzalarının sayı xeyli azalıb” - DYP

“Son günlərdə karantin rejimi ilə əlaqədar avtomobil qəzalarında kifayət qədər azalma var”.
Avtosfer.az xəbər verir ki, bunu Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib. Şöbə rəisi deyib ki, ötən gün ərzində ölkə ərazisində cəmi 4 yol-nəqliyyat hadisəsi qeydə alınıb:
“31 mart baş verən yol-nəqliyyat hadisələrinin biri piyadavurma, ikisi toqquşma, biri isə avtomobil aşmasıdır. Avtomobil aşması Qaradağ rayonun, Güzdək qəsəbəsində olub ki, bu qəzada da iki nəfər ölüb, bir nəfər xəsarət alıb. Digər qəzaların hərəsində isə 1 nəfər xəsarət alıb”.
K.Əliyev son bir neçə gündə yol qəzasında ölənlərin də sayının xeyli az olduğunu diqqətə çatdırıb:
“Martın 29-u yol qəzaları nəticəsində ümumiyyətlə ölüm qeydə alınmayıb, ayın 30-u isə avtomobil qəzasında cəmi bir nəfər ölüb. Bu sabitlik ondan əvvəlki günlərdə də müşahidə edilib”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












