Narkoman, sərxoş, sənədsiz taksi sürücüsü həbs edildi - "Mən qaziyəm..." - VİDEO

Suraxanı rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində yüksək sürətlə hərəkət edən 77-HA-612 dövlət nömrə nişanlı, "Toyota Prius" markalı avtomobilini saxlayıb. Avtosfer.az xəbər verir ki, YPX əməkdaşı avtomobili saxlayan zaman sürücü sərnişinlə yerini dəyişib. Lakin DYP əməkdaşları kameralar vasitəsilə sürücünün kimliyini sübuta yetirib. Araşdırma zamanı məlum olub ki, sürücü Ağayev Rza Samir oğlu sürücülük vəsiqəsi olmadan avtomobili idarə edib. Özünü qazi kimi təqdim edən Rza Ağayevin həkim müayinəsindən keçən zaman spirtli içki və narkotik vasitələrin təsiri altında olduğu müəyyən olunub. Həmçinin sürücünün taksi fəaliyyəti ilə məşğul olduğu aşkarlanıb.
Sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Suraxanı Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə sürücü Ağayev Rza Samir oğlu 20 gün müddətində inzibati qaydada həbs olunub.
Leyla
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












