Nazir müavini qaçqın və köçkünlərə bayram sovqatı apardı - FOTO

Hər il olduğu kimi, bu il də Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü ərəfəsində - dekabrın 29-da daxili işlər nazirinin müavini, polis general-leytenantı İsmət Əliyevin başçılığı ilə Nazirliyin nümayəndələri Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində müvəqqəti məskunlaşmış qaçqın və məcburi köçkünlərlə görüşüblər. DİN-in mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, nazir müavini qarşıdan gələn əlamətdar bayram münasibətilə respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubovun təbriklərini və xoş arzularını doğma yurd yerlərindən didərgin düşmüş həmvətənlərimizə çatdıraraq bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının hələ ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu xatırladıb.
Ümummilli liderimizin daxili və xarici siyasətini möhtərəm Prezidentimiz cənab İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçımıızın qaçqın və məcburi köçkünlərin problemlərinə həssaslıqla yanaşmağı bütün icra qurumlarının rəhbərlərindən tələb etdiyini diqqətə çatdırıb, sosial müdafiəyə ehtiyacı olan bu insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb.
Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov və Xocalı Rayon İcra Hakimiyyəti başçısı Şahmar Usubov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonlarda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə dövlətimizin başçısına və Nazirliyin rəhbərliyinə təşəkkür ediblər.
Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər möhtərəm Prezidentimizin apardığı siyasət nəticəsində doğma torpaqlarına qayıdacaqlarına əminliklərini bildirərək, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Respublikanın daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları 70 min manatlıq vəsait Sabirabadın Yeni Şəhriyar və Goranboyun Aşağı Ağcakənd qəsəbələrində məskunlaşmış soydaşlarımıza təqdim olunub.
Emin
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək










