Oğluna protokol yazdığı üçün yol polisini söyən xanım sürücü həbs olundu - FOTO

Sentyabrın 23-də, saat 18:00 radələrində paytaxtın Nizami rayonu, Qara Qarayev prospektində svetoforun qırmızı işığında keçən 90-VF-024 dövlət nömrə nişanlı, “Daewoo Centra” markalı avtomobilin sürücüsü saxlanılıb. Avtosfer.az xəbər verir ki, ərazidə xidmət aparan 99-YP-279 dövlət nömrə nişanlı patrul avtomobilinin ekipajı sürücü Quluzadə Kənan Elşən oğlu barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə qərarsız protokol tərtib edib.
Protokol tərtib olunduqdan sonra Quluzadə Kənan bu barədə anasına məlumat verib. Az sonra 99-KJ-969 dövlət nömrə nişanlı, “KİA SOL” markalı avtomobillə gələn sürücünün anası yol polislərini izləyərək 99-YP-279 dövlət nömrə nişanlı patrul maşınının qarşısını kəsərək YPX əməkdaşlarını küçə söyüşləri ilə təhqir etməyə başlayıb. Xanım sürücü YPX əməkdaşlarına qarşı təhqiramiz sözlər istifadə edərək oğluna əsassız olaraq prrotokol yazıldığını bildirib. Yol polisi əməkdaşları bu barədə 23-cü polis bölməsinə məlumat verib. Hadisə yerinə yaxınlaşan Post Patrul Xidmətinin əməkdaşları xanım sürücü və oğlunu bölməyə aparıb.
Bölmədə xanım sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib olunub.
Həmçinin idarə etdiyi 99-KJ-969 dövlət nömrə nişanlı avtomobilə baxış keçirilən zaman nəqliyyat vasitəsinin texniki vəziyyətinə dair tələblərin pozulması, ön və arxa faralarda plyonka olduğu, arxa şüşəsilənlərin olmadığı aşkarlanıb. Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 342.1.3, 342.5, 342.2.4-cü maddələri ilə protokol tərtib olunub və avtomobil evakuator vasitəsilə duracağa yerləşdirilib.
Xanım sürücü barəsində toplanmış materiallar aidiyyəti üzrə Nizami rayon Məhkəməsinə təqdim olunub. Məhkəmə onu İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (xırda xuliqanlıq) ilə təqsirli bilərək barəsində 5 gün müddətində inzibati qaydada həbs qərarı çıxarıb.
Günel
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ














