Öndər ömrü, Heydər ömrü… - Polis mayoru yazır

15 il öncə o xəbəri eşidəndə hərbi xidmətdəydim. Nə danışılanlara inanmaq istəyirdim, nə də ki, televiziyadan eşitdiyim xəbərlərə. Əsgərli-zabitli hər birimiz “yalandır, bu ola bilməz” deyib durmuşduq. Haqqında heç vaxt belə xəbərlər eşitməmişdik. Biz onu həmişə sağlam, “buz baltası” kimi, özü də dünyanın ən mötəbər kürsülərində qaməti şax görmüşdük. O, yorğan-döşəyə düşə bilməzdi. Hələ sovetlər dönəmində yüzlərin, minlərin, milyonların duası ilə Kremildən gələn bəlalardan, ölümlərdən sıyrılan, üzləşdiyi ən çətin sınaqlardan üzü ağ çıxan şəxsiyyət indi əzizlərindən, doğmalarından,öz xalqından, öz ordusundan uzaqda-okeanın o tayında ürəyi ilə öz ömrü üçün deyil, xalqının gələcəyi üçün mübarizə aparırdı. Bütün nəzərlər okeanın o tayına dikilmişdi...
“Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” nidasını ürəkdən, harada olmağımızdan asılı olmayaraq “Mən Azərbaycanlıyam” şüarını daha ucadan, daha ötkəm deməyi də o, bizə öyrətmişdi. Dünyaya günəş kimi doğacaq bir ölkənin vətəndaşı olmağın qürurunu yaşamaq sevincini də biz ondan öyrənmişdik. Dünyanın ən böyük dövlətlərinin liderləri ilə görüşlərdə ona dikilən, mehriban, həm də həsəd dolu baxışları azmı seyr etmişdik televiziya ekranından.
Kiçik ölkənin dünyada söz sahibi olan böyük liderinin təcrübəsini, hadisələri qiymətləndirmək, saatlarla böyük və mənalı nitq söyləmək, həm də insanlara təsir etmək bacarığını bəlkə də bizdən xəbərsiz dünyanın beyin mərkəzləri öyrənir, hətta tədqiq belə edirdilər. Təkcə dövrünün deyil, bütün zamanların məşhur siyasətçiləri, tanınmış insanları arasında yeri hər zaman görünən və görünəcək şəxsiyyət...
Onun yaddaşında tarixin ən qara dövrləri qalmışdı. Ta kiçik yaşlarından anasının danışdıqlarını da unutmamışdı. Bilirdi ki, doğmalarını, əzizlərini daşnaqlar soyqırıma məruz qoyublar. Bilirdi ki, böyük Azərbaycanı tikə-tikə, parça-parça ediblər. Dilinə və dininə uzanan qara əlləri, o qara əllərin qara kölgəsi-“sapı özümüzdən olan baltalar”ıda yaxşı tanıyırdı...
Hakimiyyətə gəldiyi ilk gündən yolu həmişə xalqın içindən düşdü. Üzləşdiyi çətinliyi, problemi ona deməkdən çəkinmədi, utanmadı, alim də, fəhlə də, pambıqçı da, müəllim də sevdi onu. Əlini səngərdəki əsgərin kürəyinə qoyub “qorxma, səninləyəm”,- dedi. Bir çağırışına milyonların gəlişi ilə Horadizin azadlığa qovuşmasını unutmadıq ki...
Ulu öndər 1993-cü ilin iyununda doğma Naxçıvanımızdan paytaxtımıza qurtuluş üçün gəlmişdi. Bu xalqın ruhunu, dəyərini qorumaq naminə meydanlara tək atılmaqla kölgəsini qılınclayanlara, eləcə də xarici düşmənlərə qarşı mübarizəni təkbaşına aparacaqdı. Sonra isə xalqına arxalanacaqdı. Çünki o, bu xalqı yaxşı tanıyırdı, çünki o keçmişini, hardan gəlib hara gedəcəyimizi hələ sovetlər dönəmində müəyyənləşdirmişdi. Gəldi də, qurtulduq da...
Bütün uğurlarımızın altında onun imzası var. Hara getsək, harda olsaq adının çəkildiyi hər yerdə, onun qurduğu, əmanət etdiyi Azərbaycanın vətəndaşı kimi qapılar üzümüzə açılır.
Ruhu şad olsun.
Hafiz Təmirov,
polis mayoru
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO












