Orta məktəbdə DYP əməkdaşları ilə görüş keçirildi - FOTO

Bakıda yol hərəkəti qaydaları ilə bağlı maarifləndirmə işləri dekabr ayında da davam etdirilir. Məktəblərdə silsilə tədbirlər keçirilir. Avtosfer.az xəbər verir ki, 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşlarının iştirakı ilə 81 nömrəli tam orta məktəbdə uşaqlar arasında yol hərəkəti haqqında qanunun tələbləri barədə informasiyanı yaymaq, onları maarifləndirmək, bilik və bacarıqlarını üzə çıxarmaq məqsədilə “Yol hərəkəti qaydalarına əməl edək!” mövzusunda DYP əməkdaşları ilə görüş keçirilib.
Görüşdə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi Afiq Əzizov, 81 nömrəli tam orta məktəbin direktoru Mehriban Əlizadə, Sabunçu rayon DYP İdarəsinin əməkdaşları, müəllimlər, KİV nümayəndələri, 100-dən çox şagird iştirak edib.
Əvvəlcə uşaqların mövzu ilə bağlı hazırladıqları əl işlərindən ibarət sərgisinə baxılıb. Uşaqlar yol hərəkəti qaydalarına düzgün riayət edilməsini səhnəciklər vasitəsilə nümayiş etdirib. Mövzu ilə bağlı mahnılar, şeirlər, video-süjetlər nümayiş olunub.
Tədbirdə yol nişnları, piyada keçidləri, təhlükəsizlik kəməri ilə bağlı uşaqlara məlumat verildi, onların yol hərəkəti qaydaları ilə bağlı bilik və bacarıqları yoxlanılıb.
Fəal uşaqlara yol hərəkəti ilə bağlı əyani vəsaitlərlər paylanıb.
Fidan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ







































