Polis vətəndaşı yenə sevindirdi - FOTO

Fevralın 18-də metronun Xalqlar Dostluğu stansiyasında oturacağın üzərində olan polietilen paket orada xidmət aparan polis əməkdaşının diqqətini çəkib. Polis serjantı Rəhman Ağayev onun sahibsiz olduğunu görüb və aidiyyəti üzrə Metropolitendə Polis Şöbəsinə təhvil verib. Həmin gün vətəndaş X.Nəzərova metroda üzərində nömrəsi olan gömrük karqo paketini unutması barədə Metropolitendə Polis Şöbəsinə müraciət edib. O, Şöbəyə dəvət olunub, polis əməkdaşları qeyd olunan əşyanı sahibinə qaytarıblar. Fevralın 19-da isə Metropolitendə Polis Şöbəsinə dəvət edilən digər vətəndaş – M.Məhərrəmovaya polis əməkdaşları itirdiyi pulu təhvil veriblər.
Qeyd edək ki, o, metronun Xalqlar Dostluğu stansiyasında 200 manatını itirmişdi. Stansiyanın girişindən pulu tapan polis əməkdaşları onu aidiyyəti üzrə təhvil verdikdən sonra məlum olub ki, həmin qadın Metropolitendə Polis Şöbəsinə pulunu itirməsi ilə bağlı müraciət edib. Hər iki vətəndaş belə humanistliyə və nəcib əmələ görə polis əməkdaşlarına təşəkkürlərini bildiriblər.
Emin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ













