Qayda pozan sürücünün arvadı: “Rəis, aparıb dərsini verəcəm” - VİDEO

Paytaxtda yol hərəkəti təhlükəsizliyinin artırılması məqsədilə Yol Polisi əməkdaşları tərəfindən növbəti profilaktik tədbir həyata keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbir zamanı nəqliyyat vasitələrinin texniki vəziyyəti və sürücülərin xarici işıq cihazlarından istifadə qaydalarına əməl etməsi yoxlanılıb. Yoxlama zamanı qaydanı pozan sürücülərdən biri müəyyən edilərək saxlanılıb.
Bu prospektdə diqqətli olun; bəzən qəza qaçılmaz olur – AQİL RƏHİMOV - VİDEO
Sürücü ilə aparılan izahedici söhbət zamanı yol hərəkəti qaydalarının tələbləri, xüsusilə də gecə və məhdud görünmə şəraitində işıq cihazlarının düzgün istifadəsinin qəza riskinin azaldılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Dialoq zamanı tərəflər arasında maraqlı və bir qədər də səmimi söhbət yaşanıb ki, bu anlar yol polisinin üzərindəki kamera və səsyazma cihazı vasitəsilə qeydə alınıb. Sürücünün yanındakı qadın sərnişin ona iradını bildirib və gülməli anlar yaşanıb.
Polis əməkdaşları sürücüyə xəbərdarlıq edərək, bu kimi xırda görünən qayda pozuntularının ağır nəticələrə səbəb ola biləcəyini vurğulayıblar. Sürücü isə iradlarla razılaşaraq gələcəkdə qaydalara daha diqqətlə əməl edəcəyini bildirib.
Qeyd edək ki, yol polisi tərəfindən bu cür profilaktik tədbirlərin əsas məqsədi cərimələmək deyil, sürücülərdə məsuliyyət hissini artırmaq və yol hərəkəti təhlükəsizliyini təmin etməkdir. Bu istiqamətdə paytaxt ərazisində tədbirlərin davam etdiriləcəyi bildirilir.
Eltac
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ
Yol polisi bu ərazidə sürücüləri cərimə edə bilər? - QANUNLA BELƏDİR
Yol polisi sərxoş və "avtoş" sürücülərə qarşı reyd keçirdi - VİDEO
Yol polisi güclü küləklə bağlı əhaliyə XƏBƏRDARLIQ ETDİ
Vilayət Eyvazov sıra baxışı keçirib 167 nəfəri işə götürdü - FOTO - VİDEO
Yol polisindən XƏBƏRDARLIQ: İsti havalarda bu qaydalara riayət edin! - FOTO
Vaqif Əsədov jurnalistləri təbrik etdi – FOTO
Sürücülük vəsiqəsi ilə bağlı qaydalar dəyişdi – DİN-dən yeni qərar - FOTO
Azərbaycanda cərimə balları silindi - Sonra isə...
Polisin kişilərə qarşı diskriminasiyası










