"Qaydalara riayət edənlərin sayı artıb, qəzalar azalıb" - Vaqif Əsədov - FOTO

Bakı Şəhər Baş Polis İdarəsinin, Bakı Şəhər Dövlət Yol Polis İdaərsinin, Suraxanı rayon Yol Polis şöbəsinin təşkilatçılığı ilə Suraxanı rayonnda yerləşən 84 saylı orta məktəbdə şagirdlərin yol hərəkəti qaydaları barədə maarifləndirilməsinə həsr edilmiş tədbir keçirilib. Tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdarəsinin şöbə rəisi, polkovnik Vaqif Əsədov bildirib ki, aparılan təbliğat işləri nəticəsində yol-nəqliyyat hadisələrində zərər çəkən və həlak olan uşaqların sayının azalmasına və uşaqların gələcəkdə savadlı, qaydalara əməl edən sürücü, piyada və hərəkət iştirakçısı kimi formalaşmasına öz təsirini göstərəcək.
Tədbirdə çıxış edən Bakı Şəhər Baş Polis İdaərsinin əməkdaşı polis mayoru Kəmalə Ələkbərova bildirib ki, Bakı Şəhər Baş Polis İdarəsi bütün orta məktəblərdə bu kimi tədbirlərin keçirilməsini dəstəkləyir və əməkdaşlar iştirak edir. Bu cür tədbirlər yol hərəkəti qaydalarına riayət edən vətəndaşların, uşaqların və valideynlərin sayının artmasına gətirib çıxarır ki, buda qəzaların azalmasına şərait yaradır.
Məktəbin direktoru Şəfəq Bibişova da tədbirin keçirilməsinə görə, Bakı Şəhər Baş Polis İdaərsinin eləcə də Dövlət Yol Polis İdarəsinin rəhbərliyinə təşəkkürünü bildirib və qeyd edib ki, məktəbdə həyat bilgisi dərsliyində yol hərəkəti qaydaları ilə bağlı müəyyən məlumatlar verilsə də bu cür tədbirlər uşaqlarda daha böyük təssürat yaradır. Onların arasında yol hərəkəti qaydalarının öyrənilməsi yaxşı nəticələrə gətirib çxıardır. Məktəb direktoru onu da qeyd edib ki, bundan sonra dərslərdə uşaqlar arasında yol hərəkəti qaydaları ilə bağlı əlavə bilgilərin verilməsi müəllimlər tərəfindən təmin eidləcək.
Məktəbdə eyni zamanda 1 nömrəli uşaq gənclər inkişaf məktəbinin şöbə müdiri Fəridə Süleymanova yol hərəkəti qaydaları ilə bağlı müxtəlif suallar verib, şagirdlər isə onun suallarını cavablandırıb. F.Süleymanova piyadalar və digər hərkət iştirakçıları üçün nəzərdə tutulan yol nişanları və onların mənaları barədə uşaqları məlumatlandırılıb.
Tədbirdə uşaqlarla sual-cavab edilib və onların arasında fərqlənənlər seçilərək Yol Polisinin hədiyyələri təqdim edilib.
Avtosfer.az saytıın baş redaktoru Elməddin Muradlı da tədbirdə çıxış edərək uşalar arasında yol hərəkəti qaydalarının təbliğ edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, son beş il ərzində 15 yaşa qədər uşaqların yol nəqliyayat hadisələrinə düşməsi nəticəsində 400 uşaq həlak olub, bu da ağır nəticədir. Gələcəkdə bu rəqəmlərin sayının azaldılması üçün bütün orta məktəblərdə, bağçalarda və ali məktəblərdə təbliğat işi başlanılmaldır.
Orxan Əli
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
























