Rayon qeydiyyatlı şəxslər Bakıya dönə biləcək? - AÇIQLAMA - VİDEO

Ötən gecədən Bakıdan da çıxışa qadağa qoyulub. Bu qadağa Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda qeydiyyatda olan sürücü və sərnişinlərə aiddir. Amma rayonlarda olan şəhər qeydiyyatlı şəxslərin və yaxud da Bakıda olan rayon qeydiyyatlı sürücü və sərnişinlərin geri dönüşünə heç bir qadağa yoxdur.
Bakı, Sumqayıt şəhərləri və Abşeron rayon qeydiyyatında olan şəxslərin rayonlara gedişi qadağan edildi.
Bu qadağa ölkə ərazisində xüsusi karantin rejminin tətbiq edilməsindən sonra qüvvəyə minib. Baş Dövəl Yol Polisi İdarəsin şöbə rəisi Kamran Əliyev bildirdi ki, koronavirus infeksiyasının yayılması hallarının qarşısını almaq məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilmiş qərara əsasən gecə saatlarından etibarən aprel ayının 20-dək xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin hərəkəti istisna olmaqla Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda qeydiyyatda olan avtomobillər, habelə onların sürücü və sərnişinlərinin respublikanın digər şəhər və rayonlarına çıxışı qadağan edilib.
Qadağanın hər iki istiqamətə tətbiq edilməsi nəzərə alınaraq, qeydiyyat ünvanından kənar şəhər və rayonlara getmiş hər bir şəxs təşkil edilmiş keçid postlarından yalnız bir dəfə qeydiyyatda olduğu ərazi istiqamətinə buraxılacaq. Postlarda saxlanan şəhər qeydiyyatlı sürücülərin bir çoxu bundan xəbərsiz olduqlarını deyirlər.
Baş Dövəl Yol Polisi İdarəsin şöbə rəisi Kamran Əliyev bildirdi ki, eyni qayda ilə polisin tələblərinə cavab verməyən sürücü və sərnişinlər inzibati qaydada cərimə olunacaqlar. Daxili İşlər Nazirliyi ailə üzvlərindən biri Bakı qeydiyyatı olan və paytaxtda işləyən şəxslərin Bakıya buraxılıb-buraxılmaması məsələsinə də aydınlıq gətirib. Nazirliyin mətbuat xidmətinin rəhbəri, Ehsan Zahidov açıqlamasında bildirib ki, bu cür məsələlərə polis postunda qərar veriləcək. "Əgər ailə üzvlərindən biri Bakı qeydiyyatıdırsa, onların sənədləri yoxlanılacaq və bu məsələ müsbət formada öz həllini tapacaq. Misal üçün, ər Bakı qeydiyyatıdır, həyat yoldaşı rayon qeydiyyatıdırsa, onlar hər ikisi Bakıya buraxılacaq", - deyə nazirlik rəsmisi bildirib.
Bu arada ölkə üzrə şəhərlərarası və rayonlararası sərnişindaşıma fəaliyyəti də dayandırılıb. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, ölkə ərazisində 617 marşrut üzrə şəhərdaxili və rayondaxili daşımalarda fəaliyyət göstərən avtobuslar, həmçinin qanunvericiliyə uyğun müvafiq qaydada işləyən taksi nəqliyyat vasitələri və sözügedən marşrut xətlərini əlaqələndirən avtovağzal və və avtostansiya kompleksləri adi iş rejimində çalışacaq. Hər hansı şəhər və ya rayon ərazisində fəaliyyət göstərən daxili marşrutlar adi qaydada fəaliyyətlərini davam etdirəcək. Sərnişinlərin şəhər və ya rayon mərkəzindən həmin şəhərin kənd və qəsəbələrinə gediş-gəlişi təmin ediləcək. Eyni zamanda məlumatda bildirilir ki, Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu ərazilərində sərnişin daşımaya məhdudiyyət olmadığından onları əlaqələndirən marşrut xətləri üzrə sərnişin avtobuslarının fəaliyyəti adi rejimdə davam edəcək və sərnişin axınına uyğun avtobusların sayı tənzimlənəcək.
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət etdi
Yol polisi “Təmiz Hava” aylığına başlayır – 50 manat cəriməsi var
Vilayət Eyvazov Göyçayda sıra baxışı keçirdi - 230 nəfər növbəti mərhələdə - FOTO - VİDEO
Masallıda atlara işgəncə edən şəxs cəzalandırıldı - VİDEO
Vilayət Eyvazovdan yeniyetmələrlə bağlı TƏLƏB
Azərbaycanda cinayətlərin 90 faizdən çoxu açılıb
Yol qəzalarında ölüm və xəsarətlərin sayı azaldı - Vilayət Eyvazov AÇIQLADI
Vilayət Eyvazov Kollegiya iclası keçirdi - Rəislərə tapşırıqlar verdi
Yol polisi orta məktəbdə uşaqların suallarını cavablandırdı - FOTO
Yol polisi əlverişsiz hava şəraiti ilə bağlı sürücülərə müraciət etdi
"Mümkün qədər günün işıqlı vaxtı yol çıxın” - DYP








