Səbaildə 9-cu Polis Bölməsinin binası əsaslı təmirdən sonra - FOTO

Dekabrın 29-da Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin inzibati binasının əsaslı təmirdən sonra açılışı olub. Tədbirdə Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN Maddi-TexnikiTəminat Baş İdarəsinin rəisi, polis general-mayoru Elçin Həsənov və Rayon Polis İdarəsinin rəhbərliyi iştirak ediblər.
Məlumat verilib ki, təmirinə bu ilin aprel ayında başlanılmış inzibati bina 34 otaqdan və 70 yerlik akt zalından ibarət olmaqla, ümumi sahəsi 1130 kvadrat metrdir. Müasir standartlara uyğun təmire dilmiş binanın bütün otaqları zəruri avadanlıq, inventarlarla təchiz edilib, ventilyasiya, mərkəzi istilik sistemi və qazanxana, rabitə-kommunikasiya və elektrik xətləri quraşdırılıb, digər yardımçı sahələr yaradılıb.
Tədbir iştirakçıları növbətçi hissəyə, xidməti otaqlara, o cümlədən xüsusi avadanlıq və komputer sistemi ilə təchiz edilmiş tədris otağına, akt zalına baxıb, foyedə ümummilli lider Heydər Əliyevin zəngin dövlətçilk fəaliyyətini, Prezident İlham Əliyevin daxili və xarici siyasət sahəsində əldə etdiyi uğurları, daxili işlər orqanlarına xüsusi diqqət və qayğısını əks etdirən guşə və fotostendlərlə tanış olublar.
Baş idarə rəisi M.Seyidov bölmənin şəxsi heyətinin daha səmərəli və rahat xidməti fəaliyyət göstərməsi üçün yaradılmış belə yüksək şəraitə, eləcə də daimi hiss edilən ali diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlığını bildirib.
Qeyd olunub ki, bütün bunlar şəxsi heyəti daha yaxşı işləməyə ruhlandıracaq və inzibati binaya gələcək vətəndaşların rahatlığına xidmət edəcək.
Emin
Ağır qəza yenidən bu təhlükəni gündəmə gətirdi – DYP-dən XƏBƏRDARLIQ
DYP-dən 5 nəfərin yanaraq öldüyü qəza ilə bağlı AÇIQLAMA
Yağışlı havada polis zəruri təhlükəsizlik tədbirlərini belə həyata keçirir - FOTO - VİDEO
Güclü yağışda yol polisinin bu görüntüləri diqqət çəkdi - VİDEO
"Azyaşlı uşaqları nəzarətsiz buraxmayın!" - DYP-dən ÇAĞIRIŞ - FOTO
DYP və AYNA yeni dərs iliylə bağlı birgə MƏLUMAT YAYDI - VİDEO
"Qəfil tormozlamadan çəkinin!" - DYP-dən XƏBƏRDARLIQ
Sabunçuda skuter, moped və motosiklet sürənlər saxlanıldı - VİDEO
Binəqədidə yolun hərəkəti tam məhdudlaşdırılacaq - DYP-dən XƏBƏRDARLIQ
Həyat yoldaşını maşından düşürdü, polis sürücüyə qab yuma cəzası verdi - Türkiyədə
“Diqqət, uşaqlar!” devizi altında təhlükəsizlik aylığı keçiriləcək










