Şəki polisi bu il təhsil müəssisələrində 51-ci tədbirini keçirib - FOTO

Şəki Rayon Polis Şöbəsinin təşəbbüsü və Təhsil Şöbəsinin təşkilatçılığı ilə rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlərin, tərtib edilmiş cədvəl üzrə keçirilməsi nəzərdə tutulub. Növbəti tədbirlərdən biri də Şəkidə Əsmayə Fərəcova adına Böyük Dəhnə kənd tam orta məktəbində keçirilib. Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Rayon Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, polis baş leytenantı Anar Xalıqov və Səlim Səlimov, məktəbin direktoru Xanlar Ağabəyov, digər müəllimlər, eləcə də məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Diskusiya formasında keçirilən tədbirdə məktəbin şagirdləri yol hərəkəti qaydaları ilə bağlı sualların cavablandırılmasında fəallıq göstəriblər.
DYP inspektoru Tural Niftalıyev, məktəbin direktoru Xanlar Ağabəyova, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol hərəkətinin əlifbası” kitabını hədiyyə edib.
Tədbirin yekununda, məktəbin direktoru Xanlar Ağabəyov, belə tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək rayon mərkəzindən 30 km uzaq məsafədə yerləşən bir kənd məktəbində bu cür maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının rəhbərliyinə və əməkdaşlarına öz minnətdarlığını bildirib. Təhsil müəssisələrində bu istiqamətdə tədbirlərin mütəmadi olaraq davam etdiriləcəyi qeyd olunub.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















