Şəki yol polisi maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Şəki şəhər Dövlət Yol Polisi Bölməsi 9 saylı Beynəlmiləl tam orta məktəbdə maarifləndirici tədbiri keçirib. Avtosfer.Az xəbər verir ki, tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, polis baş leytenantı Anar Xalıqov və Səlim Səlimov, məktəbin direktoru İntizar Abdullayeva, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin anım günü münasibətilə onun əziz xatirəsini 1 dəqiqəlik sükut ilə yad ediblər.
Daha sonra, qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Polis baş leytenantı Tural Niftalıyev, məktəbin rəhbərliyinə, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.
Tədbirin yekununda, məktəbin direktoru İntizar Abdullayeva bu cür maarifləndirici tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlığını bildirib.
Fərid
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














