Şəmkirdə yol polisi şagirdlərlə izdihamlı görüşlər keçirdi - FOTO

Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin rəisi, polis mayoru Fəqan İsmayılov və bölmənin əməkdaşları orta məktəblərdə şagirdlərin yol hərəkəti qaydalarına dair biliklərini artırmaq üçün maarifləndirici görüşlər keçirib. Görüşlər Cahangir Rüstəmov və Fərman Salmanov adına orta məktəblərdə baş tutub. Yüzlərlə şagirdin qatıldığı tədbirlərdə çıxış edən DYP rəisi Fəqan İsmayılov bildirib ki, Azərbaycan Respublikanın Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş Yol hərəkətinin təhlükəsizliyinə dair Dövlət Proqramına uyğun olaraq orta məktəblərdə yol hərəkəti qaydalarının təbliği istiqamətində xeyli işlər görülür. DYP rəhbərliyinin təsdiqlədiyi Tədbirlər Planı çərçivəsində şagirdlər arasında maarifləndirici görüşlər keçirilir, onları maraqlandıran suallar cavablandırılır. Bütün bunlar isə uşaqların bu sahədə biliklərinin artmasına gətirib çıxarır. Nəticədə uşaqların yol qəzalarının qurbanına çevrilməsinin qarşısı alınır, hər il bu göstəricilər azalmaqdadır.
DYP rəisi görüş zamanı uşaqlarla söhbət edib, onların suallarını cavablandırıb. Bildirib ki, belə görüşlər mütəmadi olaraq keçiriləcək.
Görüşün sonunda uşaqlar arasında rəsm müsabiqəsi keçirilib. Şagirdlər yol hərəkəti qaydalarına dair düşüncələrini rəsmlə ifadə ediblər.
Elmin
Yol polisi qayda pozan piyadaların qorxunc görüntülərini YAYDI - ANBAAN VİDEO
Təhlükəli manevrdən çəkinin: Həyatınızı riskə atmayın - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
DYP piyadalara müraciət ETDİ
DYP uşaqlarla bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Əlverişsiz hava şəraitinə görə sürücülərə və piyadalara XƏBƏRDARLIQ
DYP velosipedçilərə müraciət etdi - Qəfil manevr və telefon olmaz
Yol polisi moto sürücülərinə qarşı reyd keçirdi: 30-u CƏRİMƏLƏNDİ - VİDEO
Ara məsafəsini DÜZGÜN SEÇİN! - Yol polisindən XƏBƏRDARLIQ
Səbaildə yol polisi piyadalara qarşı reyd keçirdi – VİDEO
DYP həftəsonu ilə əlaqədar sürücülərə və piyadalara çağırış edib
Bakıda əməliyyat keçirildi; maşından 45 kiloqram narkotik tapıldı - RƏSMİ






















