Sevdiklərimizi qurban verməyək: sükan arxasında diqqətli ol! - DYP-dən VİDEO

Dövlət Yol Polisi sükan arxasında diqqəti olmaq barəsində yeni sosial çarx hazırlayıb. Avtosfer.az xəbər verir ki, sosial çarxın hazırlanmasında əsas məqsəd sürücüləri sükan arxasında diqqəti olmağa təşviq etmək, qəzaların qarşısını almaqdır. Videoda gənc ailə təsvir olunub. Yeni dünyaya gələcək övladlarının sevincini yaşayan cütlük avtomobildə hərəkət edir. Bu zaman sürücü öz sevincini bölüşmək üçün tez-tez arxa oturacaqda əyləşmiş hamilə xanımına baxır, onunla söhbət edir. Nəticədə yolu keçmək istəyən digər piyadanı görmür. Qəza baş verəndən sonra isə özü, həyat yoldaşı və piyada həyatını itirir.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, son aylarda baş verən qəzaların 80 faizi sükan arxasında sürücü diqqətsizliyi ucbatından baş verib."Sürücülər sükan arxasında diqqəti olmalı, diqqət yayındıran hallara yol verilməməlidir. Bizim əsas məqsədimiz qəzaların qarşısını almaq, insanları bu istiqamətdə maarifləndirməkdir. Düşünürəm ki, bu sosial çarxlara baxan hər bir sürücü nəticə çıxaracaq və bir həyat da xilas olacaq."
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












