Uşaqları qəzalardan qorumaq təkcə yol polisinin işi olmamalıdır - FOTO

Təhsil Nazirliyinin təşkilatçılığı ilə Şəki və Şamaxı şəhərlərində təhlükəsizlik mövzusunda regional müşavirələr keçirilib. Avtosfer.az xəbər verir ki, ətraf rayonların təhsil şöbələrinin rəhbərlərinin də qatıldığı müşavirələrdə iştirak edən DİN Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis polkovnik-leytenantı Mübariz Ağayev yol hərəkəti təhlükəsizliyi ilə bağlı ölkəmizdə həyata keçirilən Yol hərəkətinin Təhlükəsizliyinə dair Dövlət Proqramından irəli gələn məsələlərə diqqət çəkib. DYP əməkdaşı o cümlədən yol-nəqliyyat hadisələrində uşaq travmatizminin minimuma endirilməsi, təhsilalanların yollarda üzləşdikləri risklərin azaldılması, bu sahədə kütləvi maarifləndirmə tədbirlərinin təşkili mövzularına həsr olunmuş məruzə ilə çıxış edib. O qeyd edib ki, uşaqlar yol hərəkətinin ən müdafiəsiz iştirakçılarıdır və onların təhlükəsizliyinin təmin edilməsi DYP ilə yanaşı digər qurumların, xüsusilə təhsil aldıqları tədris müəssisələrinin də marağında olmalıdır. Dövlət Proqramında nəzərdə tutulan uşaq avtoşəhərcikləri yaradılmalı, uşaqlara yol hərəkəti qaydaları lazımi səviyyədə tədris olunmalı, bu sahədə onların bilikləri artırılmalıdır.
Müşavirə-treninqlər barədə Təhsil Nazirliyinin rəsmi internet səhifəsində və digər internet xəbər saytlarında məlumatlar dərc olunub, şəkillər paylaşılıb.
Emin
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO














