Vaqif Əsədovun adından yayılan məlumata aydınlıq gətirildi - CƏRİMƏ OLMAYACAQ

Bu gün Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədovun adından karantin rejimini pozan küçəyə çıxan sürücülərin cərimə olunması barədə məlumat yayılıb. İddia olunur ki, sürücülər bu günlər ərzində avtomobillə hərəkətdə olarkən onlara kameralarla vasitəsilə elektron protokollar tərtib olunacaq. Amma sonradan həm yol polisi, həm də Daxili İşlər Nazirliyi bu məsələyə aydınlıq gətirdi. Bildirildi ki, əslində burda cərimələnmədən söhbət getmir. Sadəcə olaraq yol polisi sürücüləri məsuliyyətli olmağa çağırır .
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yol polisinin bu açıqlaması, sürücülərin kütləvi şəkildə cərimələnməsi düz deyil. "Çünki burada söhbət sırf maarifləndirmə və təbliğat işindən gedir. Yol polisinin sonrakı açıqlamasından da başa düşdük ki, cərimələnməkdən söhbət getmir çünki bu gün elə bir texnologiya yoxdur ki, sürücünün evdən niyə çıxdığını mueyyənləşdirsin və ona elektron protokol tərtib edilsin. O baxımdan ümid edirik informasiyanın yayılmasından yanlışlığa yol verilib. Əslində burda cərimələnməkdən söhbət getmir. Karantin rejiminin pozulmasına görə inzibati məsuliyyət nəzərdən tutulub. Bu kiminsə maşınla evdən çıxmasına görə cərimə olunması deyil. Karantin rejiminin pozulmasına görə o sürücü cərimə oluna bilər ki, postlardan qanunsuz olaraq keçməyə çalışır, avtomobilin baqajından sərnişinləri keçirtməyə cəhd edir."
Xatırladaq ki, Daxili İşlər Nazirliyinin rəsmisi Ehsan Zahidov da xəbəri təkzib edib.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












