Vilayət Eyvazov rüşvət alan yol polisini işdən qovdu - VİDEO

Daxili İşlər naziri, general-polikovnik Vilayət Eyvazov rüşvət alan polis əməkdaşını işdən çıxarıb. Avtosfer.az Unikal.org-a istinadən məlumatına görə, Vilayət Eyvazovun əmri ilə Yol Patrul Xidməti Alayının əməkdaşı, polis baş serjantı Vüqar Mehdiyev polisin nüfuzuna və daxili işlər orqanı əməkdaşı adına ləkə gətirdiyinə görə Daxili İşlər orqanlarında xidmətdən xaric edilib.
Xəbəri Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Unikal.org-a təsdiqləyib.
Qeyd edək ki, bir müddət öncə Sosial şəbəkələrdə yol polisinin yük maşınları sürücülərindən rüşvət istəməsi barədə video yayılmışdı. Görüntülərdə yük maşınlarının sürücülərindən “postun pulu” adı ilə 10 manat istəyən YPX əməkdaşı əks olunub. Sürücü isə 15 manatı olduğunu desə də, inspektor “qaydanın belə olduğunu” əsas gətirərək pulu qəbul etmir.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












