“Vilayət Eyvazova müraciət etmişdim, dərhal reaksiya verildi” - Afət Telmanqızı

“Bir neçə saat əvvəl daxili işlər naziri Vilayət Eyvazov cənablarına müraciət etmişdim. Müraciətimə dərhal reaksiya verilməklə, məni narahat edən halların aradan qaldırılması polis əməkdaşları tərəfindən təmin olundu”.
Avtosfer.az xəbər verir ki, bunu Əməkdar jurnalist Afət Telmanqızı mənzilinin kirayəşin tərəfindən qarət edilməsi ilə bağlı operativ reaksiyaya görə DİN rəhbərinə təşəkküründə bildirib.
“İnsanı məmnun edən dəyərlərdir, qayğıdır. Bu gün bu dəyərin, qayğının, göstərilən münasibətin bir daha şahidi oldum. Müraciətimə diqqətli yanaşıldığına görə təşəkkür edirəm!”, - deyə, o sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Afət Telmanqızı Şəmkir rayon sakini Aygün Cavadova adlı şəxsin yanvarın 15-dən kirayənişin kimi evinə yerləşdiyini, qısa müddət sonra kompüter, planşet, telefon və digər əşyalarını oğurlayaraq qaçdığını açıqlamışdı. O, məsələ ilə bağlı daxili işlər naziri Vilayət Eyvazova açıq məktub ünvanlamışdı.
Qəbələdə “Chevrolet”lə avtoxuliqanlıq edən sürücü həbs olundu - VİDEO
YPX əməkdaşları halı pisləşən əcnəbi sürücünün köməyinə çatdı - VİDEO
Küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edildi - FOTO
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO












