Xəbərdarlıq alan şəxs təkrar icazəsiz çölə çıxsa, həbs ediləcək - DYP

Məlum olduğu kimi, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə aprelin 5-dən adı xüsusi siyahıda olmayan vətəndaşlar evdən çıxmaq üçün öncədən icazə almalı olacaqlar. Avtosfer.az-ın verdiyi xəbərə görə, Baş Dövlət Yol Polisi İdarəsinin sözcüsü Kamran Əliyev İTV-də çıxışında bildirib ki, karantin qaydalarının pozulmasına görə dünəndən bəri 10 nəfər həbs edilib, 3566 nəfər cərimələnib: “Polisin qanuni tələblərinə tabe olmayanlar və eyni əməli təkrar törədənlər barəsində daha ciddi intizam tədbiri görülür, həmin şəxslər həbs olunur.
İcazə almadan və icazəni təsdiqləmədən evdən çıxan şəxslər inzibati məsuliyyətə cəlb olunacaq. Dünən məsuliyyətə cəlb olunan 3566 nəfərdən hər hansı biri təkrar eyni xətanı törətsə, yəni icazə almadan evdən çıxarsa, artıq onu inzibati həbs gözləyir. Həmin şəxslər cərimə olunmayacaq, həbs olunacaq. İcazə alınmadan çıxmaq üçün nəzərdə tutulan hallarla bağlı vətəndaşların əlində sənəd olmalıdır. Kimsə evdən çıxıb “məni polisə çağırıblar” deyib gedə bilməz. Mütləq çağırış sənədi göstərməlidir”.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












