Yol hərəkəti qaydalarına riayət olunması vacibdir - FOTO - VİDEO

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə Azərbaycan Uşaq Fondu uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının tətbiqi ilə bağlı maarifləndirici tədbirlər həyata keçirir. Avtosfer.az xəbər verir ki, belə tədbirlərdən biri də oktyabrın 15-də Nizami rayon 61 saylı orta məktəbdə reallaşıb.
Uşaqların iştirakı ilə keçirilən tədbirdə Azərbaycan Uşaq Fondunun səlahiyyətli nümayəndəsi Səbinə Novruzzadə çıxış edərək bildirdi ki, uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliği günümüzün tələbidir. Layihə, təhsil müəssisələrində, xüsusilə orta məktəblərdə yol hərəkəti qaydalarını təbliğ etmək, eləcə də uşaqlara özlərini yollarda yarana bilən təhlükələrdən necə qoruna bilmələrinin öyrədilməsindən bəhs edir. Layihə çərçivəsində müvafiq hökumət, qeyri-hökumət və digər qurumları bir araya gətirərək, onları yollarda uşaqların təhlükəsizliyi barədə məktəblərdə maarifləndirmənin artırılmasına cəlb etmək, problemin daha strukturlaşdırılmış və effektiv həlli üçün birgə fəaliyyət göstərmək məsələni ictimaiyyətləşdirməklə ölkənin ümumi səylərinə töhfə vermək nəzərdə tutulur. Layihənin məqsədi uşaqlar arasında yol hərəkəti təhlükəsizliyi qaydalarının təbliğinin kütləviləşdirilməsinə nail olmaq üçün yol hərəkəti təhlükəsizliyinin tədrisi üzrə effektiv təbliğat kampaniyası hazırlamaq və həyata keçirməkdir.
Tədbirdə çıxış edən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, müvafiq tədbirlərin keçirilməsində başlıca məqsəd yol qəzalarında uşaqların xəsarət almasının qarşısını almaqdır. Hər bir vətəndaşın həm özünü, həm də yaxınlarını yollarda yarana biləcək təhlükələrdən qoruya bilməsi üçün yol təhlükəsizliyi qaydalarına riayət etməsi vacibdir. Onun üçün də onlar yol hərəkəti haqqında qanunda nəzərdə tutulan müddəalardan xəbərdar olmalıdırlar. Uşaqların təhlükəsizliyinin təmin olunmasında ən böyük vəzifə valideynlərin və müəllimlərin üzərinə düşür.
Vaqif Əsədov uşaqlarla dialoqa girərərək tədbiri daha da canlı etdi. Uşaqların bilgilərinin artması üçün onlarda xüsusi maraq yaratdı. Suallara düzgün cavablar verən uşaqlar mükafatlandırıldılar.
Vaqif Əsədov bu kimi tədbirlərin bütün tədris ocaqlarında keçirilməsinin zəruriliyini vurğuladı.
Yol polisimiz Rusiyada yarışa qatılıb MDB birincisi oldu - VİDEO
Özbəkistanda yol polisi “Damas”a 20 uşaq mindirən sürücünü cərimələdi
Yol polisi piyadalarla bağlı dəhşətli görüntülər yaydı - XƏBƏRDARLIQ - VİDEO
Yanvar-iyun aylarında 4 ton 318 kiloqram narkotik vasitə dövriyyədən çıxarılıb - DİN
Bu ilin 6 ayı ərzində Azərbaycanda 15.420 cinayət qeydə alınıb – RƏSMİ
Vilayət Eyvazov kollegiya iclası keçirdi - 6 ayın yekunları müzakirə olundu - FOTO
DYP-dən kənd təsərrüfatı sahəsində çalışanlara XƏBƏRDARLIQ
Təhlükə ilə üzləşən velosipedçilər yol polisindən kömək istədi - VİDEO
Vilayət Eyvazov rəislərə tapşırıqlar verdi; 227 nəfəri işə götürdü - VİDEO
Cinayət işləri ilə bağlı VACİB QƏRAR: Statistik hesabatların tərtib edilməsi təkmilləşdirilir
Zəngilan polisləri peşə bayramını belə qeyd etdi; mükafatlar verildi - FOTOLAR

















