Yol polisi bu hallarda yolda qalan sürücüləri müşaiyət edir – Diqqətli olun

Qış aylarında bəzi bölgələrimizdə, xüsusən də, şimal və cənub rayonlarından keçən yollarda qəflətən qatı duman yaranır. Və yaxud, gecə hava şehli olur, səhərə yaxın yollarda sürüşkənlik yaranır. Artıq son günlər bu cür hallar baş verdiyi üçün bəzi sürücülər yollarda qalır, nə edəcəyini bilmir. Belə hallarda sürücülər vəziyyətdən çıxmaq üçün nə etməlidir? Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a açıqlamasında sürücülərə bəzi tövsiyələr verib və yol polisinin bu istiqamətdə gördüyü işlərdən danışıb: “Əvvəla, hər bir sürücü səhər tezdən yağış təzə başlayanda, asfalt nəm olanda xüsusilə diqqətli və ehtiyatlı olmalıdır. Çünki həmin anlar yolun ən sürüşkən vaxtıdır. Təsəvvür edin ki, həmin saatlarda avtomobilin təkərinin asfalta ilişmə əmsalı buz üstündə olmağa bərabərdir. Yəni, zənn etmək lazımdır ki, avtomobil buzun üzərindədir və son dərəcə sürücü ehtiyatlı olmaq lazımdır. O ki qaldı dumanlı hava şəraitində necə hərəkət etməyə, qeyd edim ki, biz bütün postlarda həmin istiqamətdə gedən nəqliyyat vasitələrinin sürücülərini xəbərdar edirik. Hətta qatı duman olanda və insanlar həmin istiqamətdə getmək məcburiyyətində qalanda onların təhlükəsizliyini təmin etmək məqsədilə qarşıda bir patrul avtomobili qoymaqla müşaiyət olunurlar. Bunu yəqin ki, bəzi sürücülərimiz də bilir. Həmişə kalon şəklində düzülürlər və patrul avtomobili onları qatı duman olan ərazidən çıxıb təhlükəsiz yerə çatana qədər müşaiyət edir. Bəzən isə qatı duman o səviyyədə olur ki, qəzaların qarşısını almaq məqsədilə həmin yolda nəqliyyatın hərəkətini müəyyən müddətə dayandırmaq məcburiyyətinə qalırıq”.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












