Yol polisi hamilə qadını xəstəxanaya çatdırdı, qız övladı dünyaya gəldi - VİDEO

Dünən gecə saatlarında Müşfiqabad qəsəbəsi ərazisində yerləşən Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3- cü tağımının xidmət apardığı posta yaxınlaşan şəxs bildirib ki, avtomobildə hamilə qadın var və maşın xarab olub. Gecə saatlarında artıq məhdudiyyət tətbiq olunduğu üçün taksi də tapa bilməyiblər.
Həmin vaxt ərazidə Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının komandir əvəzi polkovnik Xosrov Nəcəfov da olub. Məsələ ilə bağlı ona məruzə edilib. Xosrov Nəcəfovun göstərişi ilə polis baş leytenantı Aydın İsayev 99 YP 790 dövlət nömrə nişanlı, patrul avtomobili ilə həmin xəstəni Biləcəri qəsəbəsindəki xəstəxanaya çatdırıb. Gecə həmin ailənin qız övladı dünyaya gəlib. Bu gün səhər isə ailə üzvləri tort alaraq Müşfiq qəsəbəsi ərazisindəki posta gəliblər. Polis əməkdaşlarına şirniyyat verərək təşəkkür ediblər.
Orxan Əli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












