Yol polisi hərəkətin intensivliyini artırmaq üçün yenilik etdi - VİDEO

Son günlər Bakıda hərəkətin təşkilində intensivlik müşahidə olunur. Avtosfer.az bu dəyişiklikdən sonra paytaxtın daha çox problemli nöqtələri olan “20 Yanvar”, “Şamaxinka”, 3-cü mikrorayon və “Memar Əcəmi” dairələrində müşahidələr aparıb. Görüntülərdən də aydın olur ki, artıq həmin ərazilərdə hərəkətin intensivliyi bərpa olunub.
Yol polisi əməkdaşları qeyd olunan nöqtələrdə fasiləsiz xidmət aparır, dayanacaqların ətrafını boşaldır, yolun hərəkət hissəsini zəbt edən taksi sürücülərini ərazidən kənarlaşdırırılar. Həmçinin piyadaların yolu keçməsi, avtobusların dayanacağa rahat daxil olması, sərnişinlərin təhlükəsiz şəkildə minib-düşməsi təmin olunur.
Apardığımız araşdırmalardan məlum oldu ki, son günlər Bakıda DYP rəhbərliyi hərəkətin təşkili ilə bağlı yenilik edib. Belə ki, İdarədə kameralara nəzarət edən əməkdaşlar mütəmadi olaraq yollarda xidmət aparan YPX əməkdaşları ilə əlaqə saxlayır. Hansı yolda sıxlıq müşahidə olunsa, harada qanunsuz parklanma və ya hansısa problem yaransa dərhal ərazidə xidmət aparan əməkdaşa radioqəbuledici vasitəsilə məlumat verilir. YPX əməkdaşları isə vaxt itirmədən deyilən yerə yaxınlaşaraq problemi aradan qaldırır.
Bunun nəticəsində yollarda nəqliyyat vasitələrin rahat və fasiləsiz hərəkəti təmin edilir. Sakinlər arasında apardığımız sorğu da bunu təsdiqlədi. Bildirildi ki, şəhərdə son günlər tıxaclar azalıb, dayanacaqlardan istifadə asanlaşıb. Sakinlər yol polisinə bu addıma görə təşəkkür etdilər.
Daha ətraflı təqdim etdiyimiz videomaterialda:
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO























