Yol polisi orta məktəbdə daha bir tədbir keçirdi - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin təşəbbüsü və Şəki Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə, eləcə də Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun təhsil müəssisələrində "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlərin tərtib edilmiş cədvəl üzrə keçirilməsi nəzərdə tutulub. Avtosfer.Az xəbər verir ki, daha bir tədvir Baş Şabalıd kənd tam orta məktəbində keçirilib. Tədbirdə Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, məktəbin rəhbərliyi, digər müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Polis baş leytenantı Tural Niftalıyev, məktəbin rəhbərliyinə Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.
Tədbirin yekununda, məktəbin rəhbərliyi və müəllim kollektivi bu cür maarifləndirici tədbirin böyük əhəmiyyət kəsb etdiyini qeyd edərək, tədbirin keçirilməsinə görə hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ














