Yol polisi qarlı-buzlu yolların siyahısını açıqladı - TƏHLÜKƏ VAR

Baş Dövlət Yol Polis İdarəsi respublika ərazisində hökm sürən hava şəraiti ilə bağlı çətinlik yaranan yolların siyahısını açıqlayıb. BDYPİ-nin şöbə rəisi polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, hazırda Bakı-Quba, Bakı-Şamaxı, eləcə də Bakı-Qazax yolunda hərəkət bərpa edilib və avtomobillərin hərəkəti normaldır. Bu yollarda nəqliyyat vasitələri normal şəkildə hərəkət edir. Lakin Kamran Əliyev əlavə edib ki, Şamaxı, Ağsu, İsmayıllı və Şəki rayonlarının ərazisində güclü qar yağır və hətta vəziyyət o yerə çatıb ki, texnika yolu təmizləyib geri qayıdanda yenidən yolun qarla örtüdüyü halları müşahidə edilir. Bu baxımdan Baş Dövlət Yol Polis İdarəsi sürücülərə tövsiyə edir ki, qış təkərləri olmayan və texniki cəhətdən nasaz olan nəqliyyat vasitələri ilə yola çıxmasınlar.

Kamran Əliyevin sözlərinə görə, bu cür nəqliyyat vasitələri DYP-nin stasionar postlarında saxlanılır və yol polisi həmin sürücülərə bu cür təhlükəli yollarda hərəkət etməyə icazə vermir. Bununla yanaşı Kamran Əliyev deyib ki, avtomobili saz vəziyyətdə, təkərləri qaydasında olan sürücülər arasında da təcrübəsinə güvənməyən və ehtiyat edən sürücülər olarsa onlar yol polisinin postlarında avtomobilini saxlayıb yolda hərəkətini bərpa edilməsini gözləyə bilərlər. Yaxud biraz istirahət edib geri qayıda bilərlər: "Ümumiyyətlə biz hesab edirik ki, uzun illərin sürücüləri olsalar da, bəzən təcrübəsi az olan, qarlı havada, buzlu yollarda avtomobillə hərəkət etməyən insanlar olur. Onlar belə hava şəraitində həyəcan keçirirlər və avtomobili normal idarə edə bilmirlər. Onlara tövsiyəmiz odur ki, belə havalarda yola çıxmasınlar. Yaxud, hər hansı problemlə üzləşəndə yol polisi postuna müraciət etsinlər".
Gültən Qədirli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












