Yol polisi Şəkidə maarifləndirmə tədbirlərini davam etdirir - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Əbülfət Rzayevin göstərişi və nəzarəti altında rayonun ümumtəhsil məktəblərində eləcə də, universitet və kolleclərdə "Gənclər narkomaniyaya yox deyir", "Dini radikalizmə qarşı mübarizə hər birimizin borcudur", "Erkən nikah və onun fəsadları", "Yol hərəkətinin təhlükəsizliyində piyadaların rolu" mövzularında tədbirlərin, tərtib edilmiş cədvəl üzrə keçirilməsi nəzərdə tutulmuşdur.
Növbəti tədbir, 11 dekabr 2018-ci il tarixdə Şəki şəhəri, 6 saylı tam orta məktəbdə keçirilib.
Tədbirdə, Şəki Şəhər Təhsil Şöbəsinin məsləhətçisi, Anar Məmmədov, Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev, Polis Şöbəsinin azyaşlılar üzrə inspektorları, polis baş leytenantı Anar Xalıqov və Səlim Səlimov, məktəbin direktoru Bəylər Süleymanov, hərbi müəllim, ehtiyyatda olan polkovnik İmran Salamov, digər müəllimlər və məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.
Qeyd olunan mövzularla bağlı, hüquq mühafizə orqanlarının əməkdaşları çıxış edib ətraflı məlumatlar verərək, məktəbliləri maraqlandıran sualları cavablandırıblar.
Polis baş leytenantı Tural Niftalıyev, məktəbin direktoru Bəylər Süleymanova, Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən hazırlanmış ibtidai siniflər üçün dərs vəsaiti olan “Yol Hərəkətinin Əlifbası” kitabını hədiyyə edib.
Tədbirin yekununda, məktəbin direktoru Bəylər Süleymanov və hərbi müəllim, ehtiyyatda olan polkovnik İmran Salamov bu cür maarifləndirici tədbirin keçirilməsinə görə, hüquq mühafizə orqanlarının əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Elmin
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













