“Yol polisi son günlər işi elə qurub ki…” – Çingiz Qənizadə

“Son günlər Bakı şəhərində hərəkətin intensivliyi artıb. Bunu mən də dəfələrlə müşahidə etmişəm və artıq iki həftədir ki, paytaxtda xüsusilə hərəkətin sıx olduğu nöqtələrdə intensivlik var”. Bu barədə Avtosfer.az-a hüquq müdafiəçisi, millət vəkili Çingiz Qənizadə məlumat verib. O, bildirib ki, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov tərəfindən Bakı Şəhər Dövlət Yol Polisi İdarəsində aparılan struktur dəyişiklikləri müsbət nəticələr verməyə başlayıb. "Müşahidələrim onu göstərir ki, xidmət aparan YPX əməkdaşları daha çox hərəkətin nizamlanması, hərəkətin intensivliyi, təhlükəsizliyin qorunmasına diqqət edirlər. Sıxlıq olan nöqtələr - "20 Yanvar" dairəsi, "Şamaxinka", "3-cü mikrorayon" ərazisində, Babək prospektində və digər küçə və yollarda YPX əməkdaşları mütəmadi olaraq xidmət aparırlar. Həm avtomobillə, həm də piyada şəkildə yolda hərəkəti nizamlayır. Bu özü müsbət nəticədir. Demək ki, bu tendensiyanı qoruyub saxlamaqla əhalinin yollarda rahat hərəkətini təmin etmək olar.
Mən yol polisinin yeni rəhbərliyinin işgüzarlığına əminəm və düşünürəm ki, gələcəkdə onlarla sıx əməkdaşlıq edərək həm maarifləndirmə tədbirlərini gücləndirəcək, həm də hərəkətin təhlükəsizliyinin təmin edilməsinə tövhə verəcəyik”.
Çingiz Qənizadə onu da bildirib ki, YPX əməkdaşlarının son vaxtlar cərimə yazmaqdan daha çox hərəkətin təhlükəsizliyini təmin etməyə üstünlük verməsi DİN rəhbərliyinin iradəsindən asılıdır: “Bu istiqamətdə aparılan islahatlar vətəndaşlar tərəfindən də müsbət qarşılanır. Ümid edirəm ki, bu tendensiya davam edəcək və yol polisi sistemində bu islahatların davamlı olacaq. Sürücüləri, vətəndaşları narazı salan digər məqamlar da aradan qaldırılmalıdır. Daxili İşlər Naziri Vilayət Eyvazovun da apardığı islahatlardan da onu görürük ki, bütün bunlar vətəndaş məmnunluğuna hesablanıb”.

Elməddin
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO












