Yol polisi və həkimin dostluğu - Bədii film çəkir - FOTO

Bakıda yol polisi əməkdaşı ilə həkim arasındakı münasibətlərin yol hərəkəti qaydalarına riayət olunmasına necə təsir göstərdiyi barədə qısametrajlı sənədli film çəkilir. Filmin adı "Xəta və Xatirə"dir.
Sputnik Azərbaycan-ın məlumatına görə, filmdə əsas rolları Xalq artisti Sabir Məmmədov, həmçinin Əjdər Zeynalov və Rövşən Məmmədov ifa edirlər. Filmin ssenari müəllifi və rejissoru Cəlaləddin Qasımovdur.

Rejissor filmin mövzusunun seçilməsini son zamanlar yol-nəqliyyat qəzalarının sayının fəlakətli həddə çatmasına diqqət çəkmək məqsədilə izah edib.
"Mənim filmim iki dostdan - yol polisi və həkimdən bəhs edir. Polis bir dəfə öz həkim dostunu, sonra da onun oğlunu maşın sürərkən təhlükəsizlik kəmərini taxmadığı üçün cərimələyir. Bu, həkimin xətrinə dəyir. Bir müddət keçəndən sonra həkimin oğlu təhlükəsizlik kəmərini taxmadığı üçün qəzaya düşür. Həkim bu zaman öz səhvini və dostunun onları niyə cərimələdiyini anlayır", - deyə Qasımov filmindən bəhs edərkən bildirib.

Hazırda filmin çəkilişləri davam edir. Ona görə də premyeranın dəqiq tarixi hələlik məlum deyil. Rejissor bu filmi beynəlxalq kino festivallarına təqdim etməyə hazırlaşır.
Cəlaləddin Qasımov "Şollerin arxivi", "Edam günü ", "100 illik şərəfli ömür", "Stalinin qaranlıq keçmişi" və "Nobel qardaşlarının ilk uğuru" kimi bədii və sənədli filmlərin müəllifidir. Onun çəkdiyi filmlər 2018-2019-cu illərdə keçirilən bir sıra beynəlxalq kino festivallarında uğur qazanıb, müxtəlif nominasiyaların qalibi olub.
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Vilayət Eyvazov MDB-nin Daxili İşlər Nazirləri Şurasının iclasında iştirak etdi - FOTO
Masallıda "VAZ" maneəyə çırpıldı: İki gənc həyatını itirdi - FOTO
DYP-dən sürücülərə MÜRACİƏT: Oktyabrın 1-dən noyabrın 1-dək...
Qaxda məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO
Sabunçudakı məktəblərdə “Diqqət, uşaqlar!” aylığı çərçivəsində görüşlər keçirilib - FOTOSESSİYA
Qusarda “Diqqət, uşaqlar!” aylığı çərçivəsində maarifləndirici görüş keçirilib - FOTO - VİDEO
DYP yük avtomobillərinin sürücülərinə MÜRACİƏT ETDİ - FOTO
Beyləqanda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib - FOTO











