Yol polisi yağışlı havada sürücülərə və piyadalara belə xidmət etdi – VİDEO-FOTO

Hazırda paytaxt və bölgələrdə müşahidə olunan yağmurlu hava şəraitinə baxmayaraq Baş Dövlət Yol Polisi və Bakı şəhər Dövlət Yol Polis idarələrinin əməkdaşları xidməti fəaliyyətlərini davam etdirirlər. Polis paytaxt ərazisində gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Avtosfer.az xəbər verir ki, gün ərzində yol patrul və post patrul xidmətinin əməkdaşları tərəfindən uşaq baxçaları, orta məktəblər, iri idarə və müəəssilərin yerləşdiyi, həmçinin gölməçələr yaranan ərazilər nəzarətə götürülüb. Qeyd edilən məkanlarda piyadaların yolu təhlükəsiz şəraitdə keçməsi üçün polislər tərəfindən lazımi şərait yaradılıb.
Yağışlı havada nasazlıq səbəbindən yollarda qalan avtomobillərin sürücülərinə polislər köməklik göstərərək nəqliyyat vasitələrinin yolun hərəkət hissəsindən çıxarılmasını təmin ediblər. Yollarda qalan yaşlı insanların, uçaqların köməyinə gələn yol polisləri vətəndaşların mənzil başına təhlükəsiz çatmasını təmin edirlər. Bu cür tədbirlər Bakının bütün rayonlarını əhatə edir.
Bakı şəhər DYPİ-nin bölmə rəisi Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, görülən təhlükəsizlik tədbirlərinin nəticəsidir ki, bu saata olan məlumata görə, paytaxt ərazisində ağır nəticələrə səbəb olan yol nəqliyyat hadisəsi qeydə alınmayıb. Baş verən 9 yol qəza hadisəsi zamanı isə yalnız avtomobillərə maddi ziyan dəyib.
Yollarda təhlükəsizliyin təmin olunması və yol-nəqliyyat hadisələrinin iştirakçısına çevrilməmək üçün sürücülərdən, eləcə də digər hərəkət iştirakçılarından qaydalara, həmçinin yol polisinin tələblərinə əməl etmələri tələb olunur.
Elməddin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ





































