Yol polisində 20 Yanvar dərsi - FOTO

Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 11-ci tağımının əməkdaşları Masallıda 20 Yanvar faciəsinin ildönümü münasibətilə anım tədbiri keçirib. Tarixçilərin və ziyalıların iştirakı ilə keçirilən görüşdə tağım komandiri, polis mayoru Hikmət Qafarov 20 Yanvar faciəsi ilə bağlı geniş məlumat verərək, 30 il əvvəl Azərbaycan xalqına qarşı törədilmiş cinayətin bəşəriyyətə, humanizmə,insanlığa qarşı həyata keçirilimiş dəhşətli terror aktı olması, ulu öndərimiz Heydər Əliyevin o vaxtlar Azərbaycanın Moskovadakı daimi nümayəndəliyində keçirdiyi mətbuat konfransında bu vəhşiliyi kəskin şəkildə pisləməsi, ölkəmizdə siyasi hakimiyyətə qayıtdıqdan sonra faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verməsi barədə geniş danışdı. Bildirildi ki 20 Yanvar faciəsi xalqımızın öz suverenliyi uğrunda apardığı mübarizənin şərəfli tarixidir. Bu şərəfli tarix daim qəlbimizdə yaşayacaqdır. Daha sonra tağımın əməkdaşları Masallı şəhərində Şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət edərək önünə tər güllər düzüblər.
Gültən
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ

















