Yol polisindən qeyri-adi jest - Ağlayan uşağa hədiyyə verdi - FOTO

Azərbaycanda yol polisi nümunəvi jesti ilə diqqət cəlb edib. Avbtosfer.az xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları polis kapitanı Məftun İsrafilov və baş cavuş Əliyev Ceyhun 99-YP-249 dövlət qeydiyyat nişanlı avtomobillə xidmətdə olarkən Asif adlı şəxsin maşınını saxlayıblar. Polis əməkdaşları sürücünün sənədlərini yoxlayan zaman avtomobildə olan 5 yaşlı uşaq qorxub və ağlamağa başlayıb. Bu zaman polislər azyaşlı oğlana polis maşını olan oyuncaq hədiyyə ediblər. Həm sürücü, həm də onun ailə üzvləri polisin nümunəvi addımını təqdir ediblər. Sürücünün qohumları sosial şəbəkədə bu hadisə ilə bağlı paylaşım edərək, Azərbaycan polisinin nümunəvi addımına görə öz minnətdarlıqlarını bildiriblər.
Avtosfer.az xəbər verir ki, unikal.org-a açıqlama verən Binəqədi Rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşı, polis kapitanı Məftun İsrafilov xəbəri təsdiqləyib: "Dünən biz xidmətdə olarkən bu hadisə baş verdi. Bizim DYP avtomobillərində maşın oyuncaqlar və gəlinciklər olur. Qayda pozan avtomobilləri saxlayanda maşında olan azyaşlılara hədiyyə edirik ki, qorxub ağlamasınlar. Çünki biz də insanıq, bizim də ailəmizdə azyaşlılar var. Uşaqlara qarşı diqqətli olmağa borcluyuq. Belə hallarla qarşılaşanda onların sevincini görmək bizim özümüzə də xoş olur".
Bakı şəhər DYPİ-nin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirdi ki, Binəqədi DYPŞ-nin rəisi təyin edilən Mərdan Əliyev artıq bir sıra islahatlar aparıb, yeniliklər edib. Onlardan da biri uşaqlara diqqət və qayğı göstərməkdir: "Bu, bizim xidmətimizin bir formasıdır. Polis hər zaman insanların təhlükəsizliyini düşünür və onların qayğısına qalır. Təbii ki, uşaqlar da diqqətdən kənarda qalmamalıdır".
DYP-dən həftəsonu yollarda təhlükəsizliklə bağlı sürücülərə ÇAĞIRIŞ
Nərimanovda “Təmiz hava” aylığı; 8 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu keçirdi - FOTO - VİDEO
Yol polisi məktəblərdə uşaqlara qaydaları belə öyrədir - FOTOLAR
"Yollarda qəfil manevrlər ETMƏYİN!" - DYP-dən XƏBƏRDARLIQ
DYP nasaz avtomobillərlə bağlı sürücülərə müraciət etdi - VİDEO
Abşeronda ekoloji yoxlama; qayda pozan sürücülər CƏRİMƏLƏNDİ - VİDEO
Sürücülərin nəzərinə! - Bunu edənlər 800 manat CƏRİMƏLƏNƏCƏK
Siyəzəndə uşaqların yol təhlükəsizliyi ilə bağlı maarifləndirici tədbir keçirilib - FOTO - VİDEO
DYP hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Gəncədə məktəblilərlə maarifləndirici görüş keçirilib - VİDEO













