Yol polisindən sürücülərə daha bir MÜRACİƏT - VİDEO

Bir çoxları rayonlararası hərəkətdə olan sürücülərin məsuliyyətsiz hərəkəti qəzalara səbəb olur. Belə ki, yuxusuz halda yola çıxır, yolda dincəlmir və nəticədə qəzalar baş verir. Baş Dövlət Yol Polisi İdarəsinin (DYP) şöbə rəisi, polis polkovnik-leytenantı Rüfət Quliyev Avtosfer.az-a açıqlamasında profilaktik tədbirlərə baxmayaraq, bəzi hərəkət iştirakçılarının bu tövsiyələrə əməl etmədiyini bildirib:
“Sürücülərə müraciət edərək bildirmək istərdik ki, hər hansı sürücü səfərə çıxmazdan əvvəl avtomobilinə xüsusi diqqət yetirməlidir. Sürücü və sərnişinlər təhlükəsizlik kəmərindən istifadə etməlidir və təbii ki, hərəkət zamanı sürət rejiminə, manevretmə qaydalarına, eləcə də, digər təhlükəsizlik tədbirlərinə ciddi əməl olunmalıdır. Yorğun və yuxusuz halda sükan arxasında əyləşmək yolverilməzdir. Yollardakı polis postlarında sürücülər üçün istirahət otaqları var. İstənilən sürücü yorğun olduğu halda, postlarda avtomobillərini saxlayıb, bu otaqlardan istifadə edə bilər. Bu da baş verə biləcək qəzaların sayının azalmasında mühüm rol oynayacaq.”
Orxan
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












