Yol polisinə verilən yeni maşınların üstünlükləri AÇIQLANDI - FOTO-VİDEO

Dekabrın 25-də Daxili İşlər Nazirliyinin Polis Akademiyasında yeni tədris binasının açılışı olub. Avtosfer.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev açılışda iştirak edib. Açılış mərasimindən sonra Prezident İlham Əliyev yoil polisinə xidməti istifadə üçün alınan yeni avtomobillərə baxıb. Ölkə başçısına məlumat verilib ki, Yol Patrul Xidməti üçün “Mersedes” markalı 118 avtomobil alınıb. Onlardan 75-i “Mersedes”in C-300, 4-ü E-450, 39-u isə E-350 modelidir. Bu avtomobillərin hamısında yeni i-Patrul sistemi quraşdırılıb. Bu sistem texniki xüsusiyyətlərinə görə əvvəlkilərdən xeyli fərqlənir. Yol Patrul Xidməti avtomobilinin dayandığı, eləcə də hərəkət etdiyi hallarda fasiləsiz qaydada fəaliyyət göstərmək imkanına malik olan sistem ətrafı 360 dərəcə əhatə edən doqquz videonəzarət kamerası ilə təchiz olunub. Sistemin daxilində qarşıdakı beş zolaqda hərəkət edən nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarını və sürətlərini avtomatik rejimdə qeydə alan “Radar” quraşdırılıb. Həmçinin avtomobillərdə yan istiqamətlərdə “Nömrətanıma”, gecə görüntüsü üçün 30 metrlik məsafəni əhatə edən “infraqırmızı” görünməz işıqlandırma sistemləri və GPS modulu var. Sistemin dayanıqlı daxili kompüter qurğusu bütün proseslərin avtomatlaşdırılmış rejimdə aparılmasına imkan verir. Eyni zamanda, Yol Patrul Xidməti avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə dayanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. Bu sistem nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatları cari tarix, saat və GPS koordinatı da əlavə etməklə mərkəzi serverdə arxivləşdirir. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar sistemin mobil rabitə şəbəkəsi vasitəsilə dərhal Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi İnformasiya Sisteminə ötürülür.
Məlumat verilib ki, Post Patrul Xidməti üçün isə “Mersedes Citan” markalı 60 avtomobil alınıb. Bu avtomobillər də zəruri texniki avadanlıqla təchiz olunub. Daxili İşlər Nazirliyinin müvafiq strukturlarında digər xidmətlər üçün Azərbaycan istehsalı olan “Khazar” LD avtomobilləri də alınıb.
Elməddin

Polis valideynlərə çağırış etdi - VİDEO
Bu cür qayda pozuntuları ölümə aparır - DYP-dən bu sürücülərə XƏBƏRDARLIQ
Maşını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə - Şad xəbər - VİDEO
Yol polisi orta məktəblərdə uşaqların suallarını cavablandırdı - FOTOLAR
DYP maşını yol kənarlarına atıb gedən yük avtomobili sürücülərinə çağırış etdi - VİDEO
Yol polisi Sabunçuda uşaqlarla maraqlı görüş keçirdi - Patrul maşını ətrafında müzakirə - FOTOLAR
DYP dumanlı havaya görə hərəkət iştirakçılarına MÜRACİƏT ETDİ
Yolun hərəkət hissəsinə çıxmayın - DYP-dən piyadalara ÇAĞIRIŞ - VİDEO
"Avtoş"lar, sərxoşlar və digər qayda pozan sürücülər cəzalandırıldı - Nəsimidə reyd - FOTO - VİDEO
"Bu, sürücülərin əsas vəzifəsidir" - Yol polisindən xəbərdarlıq
Aeroport yolunda hərəkət məhdudlaşdırılacaq - DYP alternativ yolu açıqladı - FOTO











