Yol polisləri gənc qadinin həyatini xilas etdilər – Şəkidə

Dekabrın 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan problemlə əlaqədar onu qonşu kənddə olan tibb məntəqəsinə aparıblar. Avtosfer.az DİN-ə istinadən xəbər verir ki, ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığını və təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu, bunun üçün o qədər də çox vaxtlarının olmadığını bildiriblər. Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Elə həmin vaxt kənd ərazisində xidmətdə olan Şəki şəhər Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar. Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub.
Elmin
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ












