Yük və sərnişindaşımalara qarşı reyd keçirildi; nöqsanlar aşkarlandı - FOTO

Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşımaları fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərin buraxılış vəsiqəsi, buraxılış kartı, reysqabağı texniki və tibbi müayinələrin keçirilməsi vəziyyəti və formulyarların tərtib edilməsinin yoxlanılması və bu sahədə qanunvericiliyə müvafiq olaraq tədbirlərin görülməsinin təbliği məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) birgə marifləndirici reydlər həyata keçirib.
Avtosfer.az xəbər verir ki, reydlər nəticəsində 56 nəqliyyat vasitəsinin buraxılış kartı və buraxılış vəsiqəsi olmadan fəaliyyət göstərdiyi, 4 nəqliyyat vasitəsinin texniki vəziyyətinin reysqabağı yoxlanışdan, sürücünün isə reysqabağı tibbi müayinədən keçmədiyi müəyyən edilib. Sürücülərlə izahedici söhbətlər aparılıb və qanunvericiliyin tələblərinə riayət etmələri tövsiyə olunub.
Avtomobil nəqliyyatı ilə yük və sərnişin daşımaları sahəsində daşıyıcıların qanunvericiliyə uyğun fəaliyyətini yoxlamaq və sürücüləri maarifləndirmək məqsədilə tədbirlər davam etdirilir.
Yol polisi Bakıda avtomobilləri yoxladı: atmosferi çirkəndirənlər CƏRİMƏLƏNDİ - VİDEO
"Piyada keçidlərində ləngiməyin!" - DYP-dən XƏBƏRDARLIQ - VİDEO
Polis Akademiyasında yeni mərhələ; kursantlara ixtisaslaşmlış mütəxəsisslər dərs keçir - FOTOSESSİYA
Sabunçuda “Təmiz hava” aylığı; 15 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
"Ekologiya postu"nun qarşısında diqqətli olun - DYP vacib məlumat yaydı - VİDEO
Radarı keçən kimi sürəti artırırlar: DYP-dən sürücülərə XƏBƏRDARLIQ – VİDEO
DYP “Təmiz hava” aylığına start verib - VİDEO
Nəsimidə “Təmiz hava” aylığı; 30-dan çox avtomobil YOXLANILDI - VİDEO
Binəqədidə atmosferi çirkləndirən avtomobillər saxlanıldı; 10 sürücü CƏRİMƏLƏNDİ - VİDEO
Qaradağda ekoloji reyd; yol polisi atmosferi çirkləndirən sürücüləri CƏRİMƏLƏDİ - VİDEO
"Sərt tormozlamadan ÇƏKİNİN!" - DYP-dən hava XƏBƏRDARLIĞI
















