Zaqatala polisi xəstəlikdən əziyyət çəkən uşağa kömək edib - FOTO

Bəzi sosial şəbəkə səhifələrində Zaqatala rayon sakini Murad adlı azyaşlının uzun müddətdən bəri ağır xəstəlikdən əziyyət çəkməsi və müalicəsini davam etdirməsi üçün maddi cəhətdən köməyə ehtiyaclarının olması barədə onun anası tərəfindən müraciət paylaşılıb.
DİN Mətbuat Xidmətinin Şəki regional qrupundan Avtosfer.az-a verilən məlumata görə, xəstəlikdən əziyyət çəkən Murada mənəvi dəstək olmaq, müalicəsi üçün valideynlərinə maddi köməklik göstərilməsi üçün Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları təşəbbüs göstəriblər. Həmin azyaşlının rayonun Göyəm kənd sakini Hacımurad Qaciyev olduğu dəqiqləşdirilib. RPŞ-nin Dövlət Yol Polisi bölməsinin rəisi, polis kapitanı Elgün Əliyev və bölmənin şəxsi heyəti həmin ailəyə yaşadıqları Göyəm kəndindəki evlərində baş çəkiblər. Polis əməkdaşları Hacımuradın səhhəti ilə maraqlanıblar, müəyyən məbləği və müxtəlif ərzaq məhsullarını onlara təqdim ediblər. Övladlarının müalicəsi üçün onlara göstərilən dəstəyə görə, Hacımuradın valideynləri Polis Şöbəsinin rəhbərliyinə və digər əməkdaşlarına öz minnətdarlıqlarını bildiriblər.
Gültən Qədirli
Bir gündə 3 piyada həyatını itirdi - DYP-dən ÇAĞIRIŞ! - FOTO
Vilayət Eyvazov vətəndaş qəbulu və sıra baxışı keçirdi - 461 nəfər seçildi - VİDEO
Yol polisinin süni intellektli radarı: 3 zolaq, 100-dən çox avtomobil – VİDEO
Yol polisi istirahətdən qayıdan sürücülərə XƏBƏRDARLIQ EDİB - VİDEO
Vilayət Eyvazovun qəbuluna yazılanların DİQQƏTİNƏ!
Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq
Yol polisindən sürücü və piyadalara ÇAĞIRIŞ
Ağdaşda maşın 62 yaşlı kişinin üzərindən keçdi - VİDEO
Polis Akademiyasının kursantlarından Zəfər Gününə həsr olunmuş fləşmob - VİDEO
Daxili Qoşunların Hərbi İnstitutunda “Zəfər tarixi” adlı elmi-nəzəri konfrans keçirildi - FOTOLAR - VİDEO
Noyabrın 9-u bu yollar BAĞLANACAQ















