Zibil maşını sürənlər iki ağır qəza törədib – İkisində də ölüm var - FOTO

Şəki Şəhər-Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin Təbliğat və təşviqat üzrə inspektoru, polis baş leytenantı Tural Niftalıyev Şəki Şəhər Kommunal Təsərrüfat İstehsalat Birliyinin sürücüləri ilə görüş keçirib. Öncə bu tədbirin keçirilməsinin məqsədi və mahiyyəti barədə məlumat verilib. Bildirilib ki, bu il ərzində Birliyə məxsus olan avtomobillərin sürücüləri tərəfindən 2 ağır yol-nəqliyyat hadisəsi törədilib. Həmin hadisələrin hər ikisi sürücülər tərəfindən eyni yol hərəkəti qaydasının pozulması səbəbindən baş verdiyi xüsusi vurğulanıb. Hər iki hadisə avtomobili geriyə manevr etdirən zaman məişət tullantılarını avtomobilə atan şəxslərin vurulması və onların vəfat etməsi ilə nəticələnib. Ona görə də DYP zabiti Tural Niftalıyev sürücülərə “Yol hərəkəti haqqında” Qanunun 42-ci maddəsinin tələblərini bir daha izah edib. Bildirib ki, nəqliyyat vasitəsinin geriyə hərəkətinə o şərtlə icazə verilir ki, bu manevr təhlükəsiz olsun və hərəkətin digər iştirakçılarına maneə yaratmasın. Lazım gəldikdə sürücü başqa şəxslərin köməyindən istifadə etməlidir.
Bundan başqa, Tural Niftalıyev bildirib ki, sürücü nəqliyyat vasitəsini idarə edərkən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdır.
Tədbir zamanı Tural Niftalıyev sürücüləri maraqlandıran sualları ətraflı cavablandıraraq yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün bir daha sürücüləri məsuliyyətli olmağa, yol hərəkəti qaydalarına əməl etməyə çağırıb. Tədbirin yekununda, Birliyin mexaniki Asim Nəsrullayev bu tədbirin keçirilməsinə görə baş leytenant Tural Niftalıyevə öz minnətdarlığını bildirib.
Emin
“Son zəng”lə bağlı məzunlara və valideynlərə DYP-dən MÜRACİƏT
Sabunçuda qayda pozan piyadalar CƏRİMƏLƏNDİ - VİDEO
Texniki cəhətdən köhnəlmiş avtomobillər yollarda ciddi təhlükə yaradır - DYP - FOTO
Ürək çatışmazlığından əziyyət çəkən iki sürücü qəzada həyatını itirdi - VİDEO
“Yol hərəkəti qaydalarını öyrənək” adlı intellekual yarış keçirildi - FOTO
Yol polisi son zəngdə şagirdlərə maşın kirayə verənlərə XƏBƏRDARLIQ ETDİ
Parklanma MÜBAHİSƏSİ: Sürücü cəriməyə etiraz etdi - Yol polisindən açıqlama - FOTO - VİDEO
Yolda halı pisləşən sürücünü yol polisləri xəstəxanaya çatdırdı - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi məktəblilərlə növbəti maarifləndirici görüş keçirib - VİDEO
Saatlıda toy karvanı “drift şousu”na çevrildi: Sürücülər HƏBS EDİLDİ - VİDEO
Rövşən Tağıyev yuxulu sürücülərdən DANIŞDI: "Avtomobil nəzarətsiz təhlükəyə çevrilir"














