13 min dollara elektrik avtomobili BİRDƏFƏYƏ 400 KM GEDƏ BİLƏR - FOTO

Çinin «Geely» şirkəti ilk dəfə olaraq ucuz qiymətə elektrik avtomobili təqdim edib. Elektrik krossoveri «Geometry E» bir dəfə enerji yığmaqla 400 kilometr gedə bilir.
Avtosfer.az xəbər verir ki, bir neçə versiyada buraxılacaq «Geely Geometry E» avtomobillərinin qiyməti və yol getmə ehtiyatı fərqli olacaq.
Artıq sifarişə açıq olan avtombilin 15 min dollarlıq versiyası 400 kilometr gedə biləcək. «Cute Tiger» adlanan baza versiya isə ümumiyyətlə 12 950 dollardır və 320 kilrmetr getmək imkanı var.
«Linglong Tiger» və «Thunder Tiger» variantları isə 39,4 kVt·saatlıq batereya ilə təmin edilib və 401 km gedə bilir - onların qiyməti 14 600 - 15 500 dollardır.
Vacib göstəricilərdən biri – avtomobil sürətli enerji yığmaq qabiliyyətinə malikdir – 0-dan 80%-dən enerji yığılması üçün yarım saat kifayət edir. Avtomobil bir elektrik mühərriki ilə hərəkətə gətirilir. «TZ160XS601» mühərrikinin gücü o qədər də böyük deyil - cəmi 81,5 at gücü, amma saatda 121 kilometr sürət yığmaq olur.
«Geometry E»nin qabaritləri kiçikdir – 4004 x 1765 x 1550 mm. Əvəzində təkər bazası böyükdür – 2485 mm. Avtomobildə digər maraqlı versiyalarla birlikdə 2 böyük – 10 dümlük ekran var.


FED.az
“Rolls-Royce” satışı Almaniyada azalır, Rusiyada artır: SANKSİYALAR İŞLƏMİR?
Çin avtomobillərində 3 il sonra ortaya çıxan problemlər – TƏDQİQAT
"Tesla"nın avtonom sistemi sürət rejimini pozdu
Elektrikli avtomobillərə kilometr əsaslı ödəniş gəlir? – RƏSMİ
“Volkswagen” və “Audi” yüz minlərlə avtomobili geri çağırır
Ərəblərin yeni elektromobili belə olacaq - FOTOLAR
ABŞ-də Çin avtomobilləri ilə bağlı narahatlıq: Trampa məktub göndərildi
Yanacaqdaşıyan sisternin üzərindəki rəqəmlər nəyi ifadə edir?
“Bugatti”nin yeni sahibi məlum oldu - FOTOLAR
Avropa mətbuatı: “Çin avtomobili – tez elə, pis elə”
Dubay polisinin istifadəsinə yeni lüks avtomobillər verildi - FOTOLAR











