1968-ci ildə Dubayda 13 avtomobil vardı, indi...

Dubay dedikdə ağla həm də dəyəri yüz minlərlə ölçülən avtomobillər gəlir. Lakin bu hər zaman belə olmayıb.
Avtosfer.az-ın xəbərinə görə, 1968-ci ildə cəmi 13 avtomobil olan əmirlikdə indi minik avtomobillərinin sayı 2 milyonu keçib. Əhali sayının 3,5 milyon nəfər olduğunu nəzərə alsaq deyə bilərik ki, yetkinlik yaşına çatan hər dubaylının azı 1 avtomobili var. Adambaşına avtomobil sayına görə Dubay hətta Vaşinqtonu, Berlini qabaqlayır.
Dubay şəhərinin əsas gəliri çoxlarının düşündüyü kimi neftdən deyil, aeroportdandır.
Müqayisə üçün deyək ki, 1913-cü ildə Azərbaycanda 36 avtomobil vardı.
Bəlkə də kimsə bu statistikaya baxıb köks ötürəcək. “O əjdahadan bizdə niyə yoxdur” sualını öz-özünə verəcək. Bizim cavabımız isə belədir: Say çoxluğu heç də hər zaman irəliləyiş deyil. Bir şəhərin inkişafı fərdi avtomobillərlə deyil, ictimai nəqliyyatla və hərəkətin rahatlığı ilə ölçülür. Bu gün Berlində, Ştutqartda, Osloda işə gündəlik olaraq Ferrari, Bugatti və ya Lamborghini ilə gələn yoxdur. Lakin bu, heç də Dubayın həmin şəhərləri qabaqlaması anlamına gəlmir.
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO












