ABŞ-da 1,8 milyon "RAV4" geri çağırıldı

Toyota ABŞ-da 1,8 milyondan çox RAV4 model avtomobilini "akkumulyatorla bağlı yanğın" ehtimalına görə geri çağırıb.
Avtosfer.az xəbər verir ki, şirkət geri çağırılan avtomobillərin nömrə məlumatlarını öz saytında paylaşıb.
Toyota Motor tərəfindən edilən yazılı açıqlamada 2013-2018-ci illərə aid avtomobillərin xidmətə çağırıldığı bildirilib.
Açıqlamada, "RAV4 model avtomobillərdəki bəzi ehtiyat 12 voltluq akkumulyatorlar digərlərindən daha kiçikdir. Dəyişdirmək üçün kiçik batareyalar istifadə edilərsə və tutucu sıxac düzgün bərkidilməsə, kəskin əyilmələr zamanı batareya silkələnə və sıxacla təmasda olaraq yanğına səbəb ola bilər".
Açıqlamada, batareya tutucu qısqacın, müsbət terminal qapağının və batareya qabının pulsuz dəyişdirilməsi üçün həll yolu üzərində çalışıldığı və dekabrın sonuna qədər istifadəçilərə elan veriləcəyi vurğulanıb.
Açıqlamada həmçinin qeyd olunub ki, “yanğın” zamanı geri çağırılan 1,8 milyondan çox RAV4 model avtomobilin nömrə nişanı Toyota və ya ABŞ Milli Yol Hərəkəti Təhlükəsizliyi İdarəsinin (NHTSA) internet saytında mövcuddur.
Unikal
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












