ABŞ elektrik avtomobillərinin istehsalı üçün zavodlara 15,5 milyard dollar ayırır

ABŞ Prezidenti Coe Baydenin administrasiyası ölkədə elektromobillərin istehsalını artırmaq üçün zavodların yenidən təchiz edilməsinə 15,5 milyard dollar ayıracaq.
Avtosfer.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Sənədə əsasən, departament elektrik nəqliyyat vasitələrinə keçmək üçün mövcud zavodların yenidən qurulması üçün 15,5 milyard dollar maliyyə və kredit ayrıldığını elan edib. Energetika Nazirliyi bildirir ki, bu tədbirlər xüsusilə akkumulyatorların, onlar üçün xammalın və başqa ölkələrdən idxal olunan komponentlərin istehsalının artırılmasına yönəlib.
Bayden daha əvvəl enerji səmərəliliyinin artırılması və bərpaolunan enerji mənbələrinə mərhələli keçidlə bağlı təşəbbüslərin həyata keçirilməsinin milyonlarla amerikalının işlə təmin olunacağına əminliyini ifadə edib. Prezident xüsusilə ABŞ-da 500 mindən çox elektromobil doldurma məntəqəsinin yaradılmasının, habelə vətəndaşların və federal idarələrin bu nəqliyyat növünə keçməsi üçün şərait yaradılmasının tərəfdarı olub.
Profil.az
"BMW" Çində kütləvi ixtisarlara gedir
Hakerlər Çin avtomobillərini məsafədən bloklayırlar – PARALEL İXRACIN FƏSADI
Çinli istehsalçılar yaponların qurduğu sistemi qırır – AVROPADA
Əməliyyat gəlirinə görə seçilən avtomobil istehsalçıları
Rusiya meqapolislərində avtomobil azalır – SƏBƏB PULSUZLUQ DEYİL
Da Vinçinin çertyoju əsasında hazırlanan birtəkərli avtomobil - FOTO
Köhnə avtomobillər niyə hələ də sevilir? – SƏBƏB
Yaponiyanın avtomobil sənayesində xammal böhranı
Dubay polisinin yeni avtomobili – 1200 AT GÜCÜ
Dünyada yalnız 252 nəfərin ala biləcəyi avtomobil təqdim olundu - FOTO
“Tesla” bu modelin satışından imtina etdi – MÜŞTƏRİLƏRƏ BƏD XƏBƏR












