AC Cars şirkəti yeni "Cobra" rodsterini təqdim edib
Bir neçə il bundan əvvəl AC Cars şirkətinin öz zəngin irsindən imtina etdiyini söyləmək olardı: 2020-ci ildə AC Cobra rodsteri dördsilindrli turbomühərriki və hətta elektrik güc qurğusunu almışdı. Şirkət hətta elektromobillərin genişmiqyaslı istehsalına keçməyi də planlaşdırıdı.
Britaniya istehsalçısı hətta 2021-ci ilin payızında "benzin dövrünün başa çatdığını" da bəyan etmişdi. Lakin qısa bir müddətən sonra bütün bu planlar unuduldu. Cobra elektrokarları və "yaşıl" şüarlar şirkətin saytından yoxa çıxdılar. Bunun əvəzinə, klassik V8 mühərriki ilə təchiz edilmiş tamamilə yeni model təqdim edildi.
Yeni rodsterin yaradılmasına üç il sərf edildiyi bildirilir. Belə çıxır ki, 2021-ci ildə, şirkətin benzin mühərrikləri ilə vidalaşdığnı elan etdiyi bir zamanda, yeni Cobra üzərində işləri davam etdirilirmiş? Çox güman ki, xeyr. Çünki keçən il şirkət üçün dönüş ili olub: sərmayədarlar və baş direktor dəyişdirilib, korporativ struktura yenidən baxılıb.
Üstəlik, rodster üzərindəki çalışmalar da hələlik başa çatmayıb: əmtəə nümunələrinin 2024-cü ildə buraxılacağı vəd edilir. Buna baxmayaraq, yeni avtomobili indi təqdim etmək qərara alınıb.
Yeni model AC Cobra GT Roadster adlanır və 1962-ci ilin klassik rodsteri ilə onu yalnız xarakterik, tanınan görünüşü birləşdirir. Roadster müasir texnologiyalardan və materiallardan istifadə edərək yaradılıb və iki nəsil arasındakı unifikasiya səviyyəsi sıfıra bərabərdir.
Hətta yeni Cobra modelinin ölçüləri və nisbətləri də tamamilə fərqlidir: təkər bazası 284 millimetr artaraq 2570 millimetrə, ümumi uzunluq isə 110 millimetr artaraq 4330 millimetrə bərabər olub. Rodsterin eni 1960 millimetr, hündürlüyü isə 1400 millimetrdir.Bu dəyişikliklərin əsas məqsədi hündür boylu sürücülərin yerləşəcəyi daha geniş kokpiti yaratmaqdır.
Yeni AC Cobra rodsterinin görünüsünün adaptasiyası ilə Icona Design Group studiyası məşğul olub. Rodsterin kuzovu alüminium məkanvari çərçivəyə (onu italyan Cecomp s.p.a. şirkəti hazırlayıb) quraşdırılımış karbon panellərdən ibarətdir.
AC Cobra GT modeli genişləndirilmiş təkər izi olan müstəqil asqıya malikdir: şassinin tənzimlənməsində adı açıqlanmayan yarış komandasının iştirak etdiyi bildirilir. Rodster elektrik sükan gücləndiricisinə, ön oxdakı altıporşenli, arxa oxdakı dördporşenli əyləc mexanizmlərinə sahib olub.
Cobra modelləri ənənəvi olaraq Ford şirkətinin səkkizsilindrli mühərrikləri ilə təchiz olunurdular və yeni model bu ənənəni davam etdirir. Əsas aqreqatlar Mustang modeli ilə unifikasiya olunublar. Kapotun altında ötürməli kompressoru olan 5,0-litrlik V8 Coyote mühərriki yerləşir. Onun hasilatı 663 at qüvvəsi və 780 Nm təşkil edir.
Transmissiya - 6-pilləli mexaniki və ya 10-pilləli avtomatik ötürmələr qutusu olar. Dinamik xüsusiyyətlər hələlik dəqiq deyil: təxminən 1400 kiloqram ağırlığında olan arxa ötürməli rodster 60 mil/saat (97 km/saat) həddini 3,4 saniyəyə toplayır. Yeni Cobra rodsterinin maksimaı sürəti 278 km/saatdır.
Yeni Cobra modelinin salonu klassik rodsterin ümumi estetikasını qorusa da, daha rahat olub. Əvvəllər təklif edilməyən klimat-kontrol, naviqatoru olan media sistemi və elektrik şüşəqaldırlanlar kimi opsiyalar peyda olub. “Kobra” əvvəlki kimi qatlanan dam ilə təklif edilmir, ancaq əlavə ödəniş qarşılığında avtomobildən qışda belə istismar etməyə imkan verən çıxarılan sərt damı almaq olar.
Yeni AC Cobra GT modelinin kütləvi təqdimatı aprel ayında keçirilməlidir, lakin yeni rodsterə sifarişlər artıq qəbul edilir. Modelin qiyməti də məlumdur - 285 min funt sterlinq. Bununla birlikdə, avtomobillər İngiltərədə deyil (şirkətin mənzil-qərargahının orada yerləməsinə baxmayaraq), 2009-cu ildən bəri Almaniyada fəaliyyət göstərən zavodda istehsal ediləcəklər.
autograph.az