"Acura" şirkəti ilk elektrik krossoverini təqdim edib

Avtodünya 19 Avqust 2023 13:00 Oxunub 560
"Acura" şirkəti ilk elektrik krossoverini təqdim edib
WhatsApp kanalımıza abunə ola bilərsiniz

ZDX təkcə Acura brendinin kütləvi istehsal olunan ilk elektrik modeli deyil, həm də yapon brendinin tarixindəki ən güclü krossoverdir. Yenilik iki versiyada debüt edib: adi və "bərkgedən" Type S. Sonuncu 507 at qüvvəsi hasil edən ikimühərrikli güc qurğusunu alıb. ZDX modelinin təqdimatı Monterey Avtomobil Həftəsində baş tutub və elektromobil gələn ilin əvvəlində Amerikakı diler salonlarında nümayiş etdiriləcəkdir. İlkin məlumatlara görə, modelin qiyməti 60 - 70 min dollar arasında olacaq.

ZDX keçən ilki Precision EV konseptinin seriya təcəssümüdür və onun adı yapon markasının yaxın keçmişindən götürülüb: bu ad altında 2009-2013-cü illərdə V6 mühərriki ilə hərəkətə gələn kross-kupe istehsal edilib.

İndi isə, ZDX modeli Acura brendinin Ultium batareyası olan General Motors platforması üzərində inşa edilmiş elektrik krossoveridir. O, çıxıntılı kapota, radiator barmaqlığının yerinə quraşdırılmış “tıxacadakı” möhtəşəm işıqlandırmaya, həmçinin üzgəc-antenna ilə taclandırılmış “süzən” dama malikdir. Gündüz hərəkət işıqlarının forması Integra modelindəkini təkrarlayır.

Model üçün 20 və ya 22 düymlük disklər, Panasonic şirkətinin ənənəvi ELS səs sisteminin əvəzinə 18 dinamikli Bang & Olufsen səs sistemi və müxtəlif Google xidmətləri: Google Assistant, Google Maps və digərləri bəyan edilib. Salonda 11 düymlük virtual cihazlar paneli, mərkəzdə isə multimedia sisteminin 11,3 düymlük ekranı var.

Acura ZDX elektrik krossoveri 102 kilovat-saatlıq litium-ion dartma batareyası ilə təchiz olunub və  dolu batareya ilə EPA dövrünə əsasən 523 kilometr məsafə qət edə bilir. Elektrik krossoveri bir neçə modifikasiyada təklif olunacaq: arxa oxda 345 at qüvvəli yeganə elektrik mühərriki olan standart, yürüş ehtiyatı təxminən 500 kilometr olan ikimühərrikli (hasilat hələlik açılanmayıb) və "bərkgedən" ZDX Type S. “Bərkgedən” versiya ümumi gücü 507 at qüvvəsi olan iki elektrik mühərrikinə malikdir.

ZDX - Acura brendinin tam elektrikləşdirmə istiqamətində ilk addımıdır. Yapon brendinin inkişaf strategiyasına əsasən, əsas bazar ABŞ olaraq qalır. 2040-cı ilə qədər Acura brendinin model xətti yalnız elektromobillərdən ibarət olmalıdır.

autograph.az

ŞƏRH YAZ
Ad

E-mail

Şərh